• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.9° Weather Columbus
$
1.7
€
1.9746
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Kirayə ev axtaranlara MÜHÜM xəbər

22 May, 26 / 20:06
A A

Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin birinci rübünün yekununda Azərbaycanda kirayə mənzil qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 7.3 faiz artıb. Bu artım həmin dövrdə qeydə alınan 5.7 faizlik inflyasiya səviyyəsini də üstələyib.

Kirayə bazarında qiymətlər niyə artır?

Cagdas.az xəbər verir ki ,mövzu ilə bağlı Musavat.com-a danışan Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızı deyib ki, 2026-cı ilin birinci rübündə kirayə mənzil bazarında müşahidə olunan 7,3 faizlik qiymət artımı təsadüfi deyil və daşınmaz əmlak bazarında formalaşan bir sıra fundamental amillərin nəticəsidir.

Onun sözlərinə görə, kirayə haqlarının artım tempinin eyni dövrdə qeydə alınmış 5,7 faizlik inflyasiyanı üstələməsi yaşayış sahələrinə olan tələbin ümumi qiymət səviyyəsindən daha sürətli yüksəldiyini göstərir:

“Son illərdə ölkədə urbanizasiya prosesinin sürətlənməsi, xüsusilə Bakı və Abşeron iqtisadi rayonunda əhalinin cəmləşməsi kirayə mənzil bazarına əlavə təzyiq yaradır. Paytaxtda təhsil alan tələbələrin, regionlardan gələn işçi qüvvəsinin, yeni ailələrin və mənzil almaq qərarını təxirə salan vətəndaşların sayının artması kirayə mənzillərə tələbi yüksəldən əsas amillərdən biridir.Kirayə bazarındakı bahalaşma yalnız tələbin artması ilə bağlı deyil. Tikinti materiallarının, kommunal xidmətlərin, mənzil fondunun saxlanılması və təmir xərclərinin bahalaşması daşınmaz əmlak sahiblərinin xərclərini artırıb. Nəticədə mənzil sahibləri bu xərclərin bir hissəsini kirayə qiymətlərinə ötürməyə çalışırlar”.

AQP rəsmisi vurğulayıb ki, mənzilin alış qiyməti yüksəldikcə onun investisiya dəyəri də artır və bu, kirayə gəlirlərinin yenidən hesablanmasına səbəb olur. Başqa sözlə, bahalaşan mənzil fondu daha yüksək kirayə haqqı tələb edir. İpoteka kreditlərinin mövcudluğu mənzil bazarını dəstəkləsə də, əhalinin müəyyən hissəsi üçün ilkin ödəniş və digər maliyyə tələbləri hələ də əlçatan deyil. Bu səbəbdən bir çox ailələr mənzil almaq əvəzinə kirayədə qalmağa üstünlük verir ki, bu da bazarda tələbi yüksək səviyyədə saxlayır:

“Son dövrlərdə daşınmaz əmlaka investisiya marağının artması da kirayə bazarına təsir göstərir. İnvestisiya məqsədilə alınan mənzillərin sahibləri bazar gəlirliliyini qorumaq üçün kirayə haqlarını artırmağa meylli olurlar. Xüsusilə yeni tikili və yüksək komfortlu yaşayış komplekslərində bu tendensiya daha qabarıq müşahidə edilir. Yaxın dövrdə kirayə bazarında kəskin ucuzlaşma üçün ciddi əsaslar görünmür. Onun fikrincə, ölkədə iqtisadi aktivliyin, məşğulluğun və şəhərləşmənin davam etməsi fonunda kirayə mənzillərə tələbin yüksək qalacağı gözlənilir”.(Referans Media  )

Bənzər Xəbərlər

Cəmiyyət

Məşhur universitet fəaliyyətini dayandırdı

May 22, 2026
Cəmiyyət

“Son beş ildə Ağdamın təxminən 60 faizi minalardan təmizlənib” – Emin Hüseynov

May 22, 2026
Cəmiyyət

Azərbaycanın ən çox ticarət apardığı 4 ölkə AÇIQLANDI

May 22, 2026
Cəmiyyət

Qarabağda 12 şəhər və 300 kənd sıfırdan qurulur – RƏSMİ

May 22, 2026
Cəmiyyət

WUF13-də iştirak edənlərin sayı açıqlandı

May 22, 2026
Cəmiyyət

Qurban Qurbanovun kiçik qızı ilə səmimi- VİDEOSU

May 22, 2026

XƏBƏR LENTİ

Ayaqları olmayan Rüstəm Nəbiyev Everesti fəth etdi: Yalnız əlləri ilə… – FOTO

22 May, 26 / 22:57

Yaşı 65 olanların nəzərinə: 2030-cu ilə qədər..

22 May, 26 / 22:44

Məşhur universitet fəaliyyətini dayandırdı

22 May, 26 / 22:31

“Qarabağ” mövsümün son oyununa çıxır

22 May, 26 / 22:18

“Son beş ildə Ağdamın təxminən 60 faizi minalardan təmizlənib” – Emin Hüseynov

22 May, 26 / 22:04

Azərbaycanın ən çox ticarət apardığı 4 ölkə AÇIQLANDI

22 May, 26 / 21:54

Qarabağda 12 şəhər və 300 kənd sıfırdan qurulur – RƏSMİ

22 May, 26 / 21:45

WUF13-də iştirak edənlərin sayı açıqlandı

22 May, 26 / 21:30

Qurban Qurbanovun kiçik qızı ilə səmimi- VİDEOSU

22 May, 26 / 21:17

Prezident Yerlan Sıdıkova təbrik məktubu ünvanladı

22 May, 26 / 21:03
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.