Son dəqiqə
Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi Bəzi ərazilərdə yağış, dağlarda qar yağacaq Britaniya ilə əməkdaşlıq enerji ilə məhdudlaşmayacaq

Kirayə evlər niyə ucuzlaşmır?

Cəmiyyət
Boş qalan minlərlə mənzil fonunda kirayə qiymətlərinin yüksək qalması bazardakı ciddi disbalansı gündəmə gətirir. Təklif edilən mənzillərin bir hissəsinin kirayə bazarına çıxarılmaması və daşınmaz əmlakın gəlir məqsədilə saxlanması qiymətlərin enməsini məhdudlaşdırır. Bəs bu şəraitdə kirayə bazarında real qiymət tarazlığı necə formalaşa bilər?

Cagdas.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, mənzil fondunun müəyyən hissəsi boş olmasına baxmayaraq kirayə haqlarının yüksək olmasını şərtləndirən iki əsas faktor var:

“Bunlardan birincisi boş qalan mənzil fondunun əhəmiyyətli hissəsinin kirayə bazarına çıxarılmamasıdır. Müəyyən yüksək gəlirli sosial qrupun əlində çoxsaylı mənzillər mövcuddur və bu mənzillər kirayə üçün nəzərdə tutulmadığından bazara təklif edilmir.

İkinci amil ondan ibarətdir ki, son illərdə mənzil qiymətləri kəskin şəkildə artıb və Azərbaycanda daşınmaz əmlakın gəlirlilik əmsalı aşağıdır. Yəni kirayə qiymətləri ilə mənzil dəyərləri arasında disbalans mövcuddur. Digər ölkələrlə, o cümlədən Türkiyə və Gürcüstanla müqayisədə bu fərq daha aydın görünür. Bu qiymət artımı investisiya edən şəxsləri daha yüksək kirayə haqları müəyyən etməyə sövq edir”.

Ekspert deyib ki, son iki ildə ipoteka xərcləri də artıb, faizlər yüksəlib:

“Kommersiya bankları ipoteka faizlərini iki dəfədən çox artırıblar. Hazırda bu göstərici təxminən 12 faiz ətrafındadır, halbuki iki il yarım əvvəl 6 faiz civarında idi. Belə şəraitdə bahalı vəsait hesabına mənzil alan şəxslər onu daha yüksək qiymətə kirayəyə verməyə üstünlük verirlər.

Burada üçüncü amili kimi tələb faktorunu qeyd etmək lazımdır. Tələb yüksəkdir, Azərbaycanda hər il 60–70 min yeni ailə qurulur və yığılıb qalmış mənzil tələbatı mövcuddur.

Azgəlirli sosial qrupların mənzil şəraiti zəifdir, eyni zamanda məşğulluqla bağlı regionlardan Bakı və ətrafına miqrasiya artıb. Bu da tələbin yüksəlməsinə və nəticə etibarilə kirayə qiymətlərinin artmasına səbəb olur” , – deyə o qeyd edib.(ölkə.az)