• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.4° Weather Columbus
$
1.7
€
1.9899
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Kirayə mənzillərin qiymətində artım gözlənilir?

29 Aprel, 26 / 15:49
A A

“Kirayə mənzillərlə bağlı bəzi cərimələr artırılıb. Belə ki, kirayə münasibətlərinə müqavilə bağlamadan daxil olmaq artıq inzibati məsuliyyət yaradır. Əvvəllər bu qaydanı pozanlara tətbiq olunan cərimə 30 manat idisə, hazırda bu məbləğ 300 manata qədər yüksəldilib”.

Cagdas.az  xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, bu addımın əsas məqsədi kirayə bazarında münasibətlərin rəsmiləşdirilməsi və şəffaflığın artırılmasıdır.

“Eyni zamanda, bu qərar vergidən yayınma hallarının qarşısını almağa, daha çox şəxsin vergi sisteminə cəlb olunmasına xidmət edir. Bu isə ümumilikdə iqtisadiyyat üçün vacib hesab olunur və kirayə münasibətlərinin daha sivil, beynəlxalq standartlara uyğun qurulmasına şərait yaradır.

Bu dəyişikliklərin qiymətlərə təsiri məsələsinə gəldikdə isə, ehtimal olunur ki, kirayə bazarında münasibətlər tam hüquqi çərçivəyə salındıqca qiymətlərdə artım müşahidə oluna bilər. Çünki ev sahibləri ödədikləri vergiləri və əlavə xərcləri kirayə haqqına daxil etməyə çalışacaqlar. Oxşar hallar digər ölkələrdə də müşahidə olunur”.

Vüqar Oruc hesab edir ki, hazırda kirayədən əldə olunan illik gəlirin mənzilin ümumi dəyərinə nisbəti göstərir ki, bir mənzil təxminən 20-21 il ərzində öz dəyərini geri qaytarır:

“Bu müddət bəzi digər ölkələrlə müqayisədə daha uzundur. Buna görə də kirayə qiymətlərində müəyyən artımın baş verməsi təbii sayılır.

Bununla belə, yalnız cərimələrin artırılması və inzibati tədbirlərin sərtləşdirilməsi ilə problemi tam həll etmək çətin ola bilər. Daha effektiv yanaşma kimi vergi yükünün azaldılması göstərilir. Hazırda kirayə gəlirlərinə tətbiq olunan vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib.

Təklif edirik ki, bu göstərici beş faiz səviyyəsinə salınsın. Bu halda ev sahibləri vergini daha rahat ödəyər, kirayə münasibətlərini gizlətməyə ehtiyac qalmaz və bu da qiymətlərə ciddi təzyiq yaratmaz”.(ölkə.az)

 

Bənzər Xəbərlər

Cəmiyyət

Silah-sursatların gömrük rəsmiləşdirilməsi ilə bağlı güzəştlər nəzərdə tutulur

Aprel 29, 2026
Cəmiyyət

Bu halda avtomobillər dövlət mülkiyyətinə keçiriləcək

Aprel 29, 2026
Cəmiyyət

Müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verilir

Aprel 29, 2026
Cəmiyyət

Onların baqajları gömrükdə yoxlanılmayacaq

Aprel 29, 2026
Cəmiyyət

Gömrük orqanlarının vəzifələri artırılır

Aprel 29, 2026
Cəmiyyət

Azərbaycan Avropa Parlamenti ilə münasibətlərin dayandırılması haqda rəsmi qərar qəbul edə bilər

Aprel 29, 2026

XƏBƏR LENTİ

Silah-sursatların gömrük rəsmiləşdirilməsi ilə bağlı güzəştlər nəzərdə tutulur

29 Aprel, 26 / 17:27

Bu halda avtomobillər dövlət mülkiyyətinə keçiriləcək

29 Aprel, 26 / 17:13

Müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verilir

29 Aprel, 26 / 16:58

Onların baqajları gömrükdə yoxlanılmayacaq

29 Aprel, 26 / 16:46

Gömrük orqanlarının vəzifələri artırılır

29 Aprel, 26 / 16:32

Azərbaycan Avropa Parlamenti ilə münasibətlərin dayandırılması haqda rəsmi qərar qəbul edə bilər

29 Aprel, 26 / 16:18

Bakıda 61 milyon manatlıq yenidənqurma və təmir işləri həyata keçiriləcək

29 Aprel, 26 / 16:04

Kirayə mənzillərin qiymətində artım gözlənilir?

29 Aprel, 26 / 15:49

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

29 Aprel, 26 / 15:35

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər - FOTOLAR

29 Aprel, 26 / 15:26
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.