Əksər insanlar sosial şəbəkələrdə müxtəlif sosial şəbəkələrdə məlumatları, paylaşımları izləyərək rahatlamağa çalışır. Lakin araşdırmalar göstərir ki, bu vərdiş beyni dincəltmək əvəzinə onu davamlı stimullaşdırılmış vəziyyətdə saxlayır.
Cagdas.az xəbər verir ki, kitab oxumaq isə bunun əksinə təsir edir. Cəmi bir neçə dəqiqə ərzində ürək döyüntüləri azalır, əzələ gərginliyi zəifləyir və beyin daha sakit, tənzimlənmiş vəziyyətə keçir.
Mütəxəssislərin fikrincə, bu proses sadəcə diqqətin yayındırılması deyil, sinir sisteminin real şəkildə balanslanmasıdır.
Uzunmüddətli perspektivdə kitab oxuma vərdişi beynin fəaliyyətinə daha dərin təsir göstərir: emosional idarəetməni gücləndirir, diqqəti artırır və idrak funksiyalarının zəifləmə riskini azaldır. Bəzi tədqiqatlar hətta müntəzəm oxumanın daha uzun ömürlə əlaqəli ola biləcəyini göstərir. Səbəb isə odur ki, oxuma prosesi zamanı beyin hadisələri təsəvvür edir, emosiyaları işləyir və məlumatı emal edərək empatiya, yaddaş və diqqət şəbəkələrini aktiv şəkildə gücləndirir.(sfera.az)
















