• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9877
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Hadisə

KMBİ saxta kredit səhifələri yaradan şəxsi saxladı

21 Avqust, 26 / 20:17
A A

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən rəqəmsal mühitdə, xüsusilə “WhatsApp” ani mesajlaşma sistemi və sosial şəbəkələr vasitəsilə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi yolu ilə törədilən kiberdələduzluq hallarının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.

Bu barədə Çağdaş.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elcan Cəfərov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, sosial şəbəkələrdə bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə vizual baxımdan oxşar saxta səhifələr yaradıb. E.Cəfərov bununla kifayətlənməyərək daha çox şəxsi cəlb etmək məqsədi ilə həmin saxta səhifələrin sosial şəbəkələrdə, “WhatsApp” qruplarında reklamını aparıb. Saxta səhifəyə daxil olan vətəndaşlardan kredit rəsmiləşdirilməsi adı ilə bank kartının nömrəsi, son istifadə tarixi, CVV və OTP təhlükəsizlik kodları əldə edilib.

Vətəndaşlar həmin məlumatları təqdim etdikdən sonra isə o, bank kartlarındakı vəsaitləri başqa şəxslərə məxsus hesablara köçürərək nağdlaşdırıb.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. E.Cəfərov cinayət məsuliyyətinə cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir daha vətəndaşlara tövsiyə edirik ki, sosial şəbəkələrdə qarşılarına çıxan kredit elanları və digər reklam xarakterli məlumatların doğruluğunu yoxlasınlar. Kredit və digər maliyyə xidmətlərindən istifadə etməzdən əvvəl həmin qurumun qanuni əsaslarla fəaliyyət göstərib göstərmədiyini dəqiqləşdirsinlər. Bank kartlarının məlumatlarını, xüsusilə CVV/CVC və SMS vasitəsilə göndərilən OTP kodlarını heç bir halda tanımadıqları şəxslərə və şübhəli internet səhifələrinə təqdim etməsinlər. Nəzərə almaq lazımdır ki, banklar, dövlət qurumları və digər rəsmi təşkilatlar telefon zəngi, mesaj və ya sosial şəbəkələr vasitəsilə PIN-kod, CVV/CVC və OTP kimi məxfi məlumatları tələb etmirlər. Belə hallarla qarşılaşdıqda və ya kiberdələduzluqla bağlı şübhə yarandıqda isə dərhal polis orqanlarına müraciət etmək tövsiyə olunur.

Bənzər Xəbərlər

Hadisə

Şamaxıda maşın çökəkliyə düşdü - 2 nəfər öldü

Avqust 21, 2026
Hadisə

Sabiq rəis məhkəmə zalından azadlığa buraxıldı

Avqust 20, 2026
Hadisə

DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi

Avqust 20, 2026
Hadisə

Anar Əliyev Azərbaycana gətirildi - VİDEO

Avqust 19, 2026
Hadisə

"By Ella" ləqəbli bloger həbs edildi - FOTO

Avqust 19, 2026
Hadisə

Balakəndə əməliyyat keçirildi: saxlanılan var

 

Avqust 17, 2026

XƏBƏR LENTİ

Bu ərazilərdə evlər ucuzlaşır – Tələbə axını və metro məhdudiyyəti bazarı dəyişir

21 Avqust, 26 / 21:03

16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa… – Sorğu

21 Avqust, 26 / 20:48

Samuxda qarayaraya yeni yoluxma halları qeydə alınmır – Rəsmi

21 Avqust, 26 / 20:33

KMBİ saxta kredit səhifələri yaradan şəxsi saxladı

21 Avqust, 26 / 20:17

Hazırlıqlar başladı: bu iki ölkə birləşir – Rusiyadan AÇIQLAMA

21 Avqust, 26 / 20:02

Direktorların işə qəbulu müsabiqəsinə sənəd qəbulunun müddəti uzadıldı

21 Avqust, 26 / 19:47

Tehran buna görə plan hazırlamalıdır – Qalibaf

 

21 Avqust, 26 / 19:33

Hər xərc eyni məbləğdə borclanma tələb etmir

21 Avqust, 26 / 19:17

Sosial yardımlar bu tarixdə veriləcək

21 Avqust, 26 / 19:02

Sabah 40 dərəcə isti olacaq

21 Avqust, 26 / 18:48
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.