UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları bu gün keçiriləcək.
Çağdaş.Az-ın məlumatına görə, matçlardan biri İspaniyada, digəri Polşada baş tutacaq.
“Rayo Valyekano” İspaniyada Fransanın “Strasburq” komandası ilə üz-üzə gələcək.
Ukraynanın “Şaxtyor” klubu isə Polşada İngiltərənin “Kristal Pelas” kollektivinin müqavimətini qırmağa çalışacaq.
Xatırladaq ki, raundun cavab görüşləri mayın 7-də baş tutacaq.
















