“RMC Sport”un yaydığı məlumata görə, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) 77-ci Konqresi 2027-ci ildə Mərakeşdə təşkil olunacaq.
Cagdas.az xəbər verir ki, məlumata əsasən, FİFA prezident seçkiləri də məhz konqres çərçivəsində keçiriləcək.
Federasiyanın mətbuat xidməti seçki prosesinin 30 apreldə başlayacağını açıqlayıb.
Qeyd edək ki, İsveçrə əsilli FİFA Prezidenti Canni İnfantino 2016-cı ilin fevralında keçirilən fövqəladə konqresdə seçilib. O, futbol qurumunda baş vermiş korrupsiya qalmaqallarından sonra istefa verən Sepp Blatterin yerinə keçib.
Xatırladaq ki, İnfantino 2019 və 2023-cü illərdə rəqibsiz şəkildə yenidən FİFA prezidenti seçilib.(sfera.az)
















