Son dəqiqə
Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat

Kosmosa liftlə getmək mümkün olacaq – YENİ LAYİHƏ

Cəmiyyət

Tokioda fəaliyyət göstərən bir tikinti şirkəti Yer səthini orbitdə yerləşən stansiya ilə birləşdirəcək elektromaqnit nəqliyyat sistemi üzərində çalışır.

Layihənin əsas məqsədi ənənəvi raket mühərrikləri və buraxılış meydançalarını əvəz edərək, elektrik enerjisi ilə yüklərin kosmosa daşınmasını təmin etməkdir.

Cagdas.az xəbər verir ki, konsepsiyaya görə, sistem planet səthi ilə kosmosdakı xüsusi nöqtə arasında qurulacaq yüksək möhkəmliyə malik nəhəng kabel xəttindən ibarət olacaq. Xüsusi kapsullar isə yanacaq sərf etmədən elektromaqnit mexanizmləri vasitəsilə həmin kabel boyunca hərəkət edərək orbitə yüksələcək. Layihənin qarşısındakı ən böyük maneə isə istifadə olunacaq materialın dözümlülüyüdür.

 

Mühəndislər cazibə qüvvəsi və kosmik şəraitin yaratdığı böyük yüklərə davam gətirə biləcək nanomateriallar və qabaqcıl kompozitlər üzərində sınaqlar aparırlar. İlk dəfə 2012-ci ildə ciddi şəkildə müzakirəyə çıxarılan layihənin ilkin xərcinin təxminən 100 milyard dollar olacağı bildirilmişdi.

 

Tikintinin ilk mərhələlərinin 2050-ci ilə qədər tamamlanması planlaşdırılsa da, dəqiq vaxt qrafiki hələ tam müəyyən edilməyib. Sistem reallaşarsa, kosmik stansiyaların təminatı və orbitə yük daşınması daha ucuz və təhlükəsiz hala gələcək. Çoxsaylı raket buraxılışlarına ehtiyacı azaldacaq bu texnologiyanın gələcəkdə qlobal kosmik infrastrukturun əsas elementlərindən birinə çevriləcəyi gözlənilir.(sfera.az)