Son dəqiqə
Azərbaycanda dövlət bu şəxslərə ev verəcək Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri

Kredit borcu olan vətəndaşlara hansı güzəştlər ediləcək?

Cəmiyyət

İqtisadi çətinliklər fonunda “kredit tətili” mexanizmi yenidən gündəmə gəlib. Bu sistem borcalanlara müəyyən müddət ərzində kredit ödənişlərini təxirə salmağa imkan verir.

Cagdas.az  xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda da belə bir mexanizm tətbiq oluna bilər, lakin bu qərar əsasən banklar tərəfindən fərdi qaydada verilməlidir. Onun sözlərinə görə, dövlət səviyyəsində ümumi “kredit tətili” yalnız fövqəladə hallar və ya ciddi iqtisadi böhran zamanı məqsədəuyğun hesab edilə bilər.

Ekspert qeyd edib ki, banklar kreditləri öz vəsaitləri ilə deyil, cəlb etdikləri maliyyə resursları hesabına verdikləri üçün kütləvi “kredit tətili” maliyyə sistemində risklər yarada bilər. Bu, bankların öhdəliklərini yerinə yetirməsini çətinləşdirə və sektorun sabitliyinə mənfi təsir göstərə bilər.

X.Kərimlinin fikrincə, gəliri azalan, işini itirən və ya digər çətinliklərlə üzləşən şəxslərə müvəqqəti güzəştlər tətbiq oluna bilər. Bu yanaşma borcalanların kredit tarixçəsini qorumağa kömək etsə də, bankların pul axınına və gəlirlərinə müəyyən təsir göstərir.(milli.az)