• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
33.1° Weather Columbus
$
1.7
€
1.9362
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Küçədə və ya parkda gəzərkən siqaret çəkmək olar?

30 İyun, 26 / 21:41
A A

Siqaret çəkilməsi ilə bağlı tətbiq olunan qaydalar bəzi hallarda vətəndaşlar arasında suallar yaradır. Ən çox maraq doğuran məqamlardan biri isə hansı məkanlarda tütün məmulatlarından istifadənin qadağan olunmasıdır.

Çağdaş.Az xəbər verir ki, Azərbaycan qanunvericiliyinə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunda siqaret çəkilməsinin yolverilməz olduğu yerlər dəqiq şəkildə müəyyən edilib. Məqsəd həm insanların sağlamlığını qorumaq, həm də tütün tüstüsünün ətraf mühitə mənfi təsirini minimuma endirməkdir.

Qanuna görə, təhsil və məktəbəqədər təhsil müəssisələrində, xəstəxanalarda və reabilitasiya mərkəzlərində, idman və digər kütləvi tədbirlərin keçirildiyi obyektlərdə, restoran, kafe və barlar da daxil olmaqla ictimai iaşə məkanlarında, ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, hotellərdə və digər yerləşdirmə vasitələrində siqaret çəkmək qadağandır.

Bundan əlavə, teatrlar, kinoteatrlar, kitabxanalar, muzeylər, sərgi salonları və digər mədəniyyət ocaqları, uşaq meydançaları, yeraltı və qapalı piyada keçidləri də tütün istifadəsinə icazə verilməyən məkanlar sırasındadır.

Qadağa ictimai nəqliyyata da şamil edilir. Belə ki, şəhərdaxili və şəhərlərarası avtobuslarda, taksilərdə, metro stansiyalarında və vaqonlarda, hava, dəmir yolu və su nəqliyyatında siqaret çəkmək qanunla qadağandır. Eyni zamanda hava limanları, dəmir yolu vağzalları, avtovağzallar, avtobus dayanacaqları, liftlər, çoxmənzilli yaşayış binalarının ümumi istifadə sahələri, yanacaqdoldurma məntəqələri, tezalışan maddələrin saxlanıldığı obyektlər və bütün iş yerlərində də bu məhdudiyyət qüvvədədir.

Qanun müəssisə və təşkilat rəhbərlərinə də öhdəlik qoyur. Belə ki, qadağanın tətbiq olunduğu ərazilərdə hər kəsin rahat görə biləcəyi yerdə “Tütün çəkmək qadağandır” yazısı və ya müvafiq xəbərdaredici nişan yerləşdirilməlidir.

Bununla yanaşı, qanun bəzi obyektlərdə xüsusi siqaret çəkmə zonalarının yaradılmasına da imkan verir. Bu zonalar açıq havada və ya güclü havalandırma sistemi ilə təchiz olunmalı, sanitar-gigiyenik normalara və aidiyyəti qurumun müəyyən etdiyi tələblərə uyğun olmalıdır.

Qeyd edək ki, qanunla siqaret çəkilməsi qadağan olunan yerlərdə bu qaydanı pozan şəxslər üçün 30 manat məbləğində inzibati cərimə nəzərdə tutulub. /Milli.az/

 

Bənzər Xəbərlər

Cəmiyyət

Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir – Mühüm qayda açıqlandı

 

İyun 30, 2026
Cəmiyyət

QNET-in Birbaşa Satış Assosiasiyaları etimadı necə gücləndirir?

İyun 30, 2026
Cəmiyyət

Baş nazir qərar verdi: Artım edildi

İyun 30, 2026
Cəmiyyət

Qadınların pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ - Sabahdan...

İyun 30, 2026
Cəmiyyət

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

İyun 30, 2026
Cəmiyyət

İlham Əliyev bu qanunu təsdiqlədi SON DƏQİQƏ!

 

İyun 30, 2026

XƏBƏR LENTİ

Bu məhsulların ölkəyə girişinə qadağa qoyulur

30 İyun, 26 / 22:10

Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir – Mühüm qayda açıqlandı

 

30 İyun, 26 / 21:56

Küçədə və ya parkda gəzərkən siqaret çəkmək olar?

30 İyun, 26 / 21:41

İrəvandan rus sərhədçilərini sevindirən AÇIQLAMA

30 İyun, 26 / 21:27

Paşinyanı devirmək üçün gizli planımız var - Rusiyalı oliqarx

30 İyun, 26 / 21:13

Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq – SİYAHI

30 İyun, 26 / 20:59

Əli Əsədovun bu qərarı nəyi dəyişəcək - Detallar AÇIQLANDI

30 İyun, 26 / 20:54

QNET-in Birbaşa Satış Assosiasiyaları etimadı necə gücləndirir?

30 İyun, 26 / 20:44

Baş nazir qərar verdi: Artım edildi

30 İyun, 26 / 20:39

Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi

30 İyun, 26 / 20:24
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.