Son dəqiqə
Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir Daha bir deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi

Kurikulum sistemi ləğv olunacaq? – Nazir AÇIQLADI

Cəmiyyət

“Əgər kurikulum sisteminin ləğv olunması ilə bağlı sual verilirsə, bu, çox ağrılıdır”.

Çağdaş.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2026: Səriştəli Müəllim – Keyfiyyətli Təhsil” mövzusunda tədbir zamanı sual-cavab sessiyasında deyib.

Nazir bildirib ki, sistemdə bəzi adamlar kurikulum sözünün mənasını başa düşmür: “Kurikulum sistemi necə ləğv oluna bilər? Bu sistem təhsilin məzmunu deməkdir. Təsəvvür edin, sual verirlər ki, təhsilin məzmunu ləğv olunacaqmı? Bu sualın məntiqli cavabı necə ola bilər? Bu söz artıq bizdə terminologiyaya keçib. Mən başa düşürəm ki, siz “kurikulum sualı” deyəndə tədrislə bağlı metodika suallarını nəzərdə tutursunuz. Bu da onu göstərir ki, arzu olunanla reallıq arasında böyük vaxt fərqi var”.