ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Əbu-Dabidə keçirilən danışıqların iştirakçılarının göstərdiyi cəsarət və liderliyi yüksək qiymətləndirib.
Çağdaş.Az xəbər verir ki, O, danışıqlar başlamazdan əvvəl çıxış edərək bildirib ki, tərəflər arasında güclü emosiyalar olsa da, nümayəndə heyətlərinin görüşə qatılması mühüm addımdır.
“Bu gün buraya gəlmək böyük cəsarət tələb edir. Bilirəm ki, Avropada, Ukraynada və Rusiyada hər iki tərəfdə çox güclü emosiyalar var. Buna baxmayaraq, bu gün burada iştirak edən hər kəsin göstərdiyi cəsarətə və liderliyə görə minnətdaram”, – deyə Kuşner bildirib.
ABŞ rəsmisinin sözlərinə görə, mövcud gərginliyə baxmayaraq, dialoqun davam etdirilməsi münaqişənin həlli istiqamətində mühüm əhəmiyyət daşıyır.
Əbu-Dabidə keçirilən danışıqlarda tərəflərin regional təhlükəsizlik və münaqişələrin nizamlanması ilə bağlı məsələləri müzakirə etməsi gözlənilir.


