ABŞ nümayəndəsi Cared Kuşner Ukrayna münaqişəsinin həlli ilə bağlı Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar öncəsi tərəflər arasında açıq və səmərəli müzakirələrin aparılacağına ümid etdiyini bildirib.
Çağdaş.Az xəbər verir ki, Kuşner çərşənbə axşamı görüşlərin başlamasından əvvəl jurnalistlərə açıqlamasında danışıqların konstruktiv keçəcəyini gözlədiyini qeyd edib.
“Ümid edirəm ki, bu gün açıq, səmimi və hərtərəfli dialoq aparmaq mümkün olacaq”, – deyə ABŞ nümayəndəsi bildirib.
O əlavə edib ki, bundan əvvəl Ukrayna nümayəndələri və Avropadakı tərəfdaşlarla uğurlu görüş keçirilib.
“Biz indicə ukraynalılar və avropalı tərəfdaşlarımızla çox yaxşı görüşdən ayrıldıq”, – deyə Kuşner vurğulayıb.
Qeyd edək ki, Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda əsas müzakirə mövzusunun Ukraynadakı münaqişənin nizamlanması və mümkün sülh razılaşmasının perspektivləri olduğu bildirilir.


