Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb.
DİN Mətbuat xidmətindən Cagdas.az -a bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqini tapmayıb.
“Vətəndaşlardan xahiş olunur ki, mənbəyi və doğruluğu müəyyən edilməmiş məlumatları yaymasınlar, xüsusilə də uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı belə məlumatların ictimaiyyətdə əsassız narahatlıq yaratmasına şərait yaratmasınlar”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, ötən gün Gəncədə, bu gün isə Sumqayıtdakı məktəblərdən birində şagirdlərin kütləvi zəhərlənməsi faktı baş verib.\Sfera.az


