Son dəqiqə
Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir – Prezident Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək – Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış edirlər Azərbaycanda vergi ödəyicilərinin sayı artıb Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandum təsdiqlənib Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub Deputatlar 13 məsələni müzakirə etmək üçün toplaşdılar
Reklam
Reklam

Macarıstan və Türkiyə Ukraynanın boru kəmərlərinə və tankerlərə hücumlarını qınayır— Şiyarto

Dünya

Macarıstan və Türkiyə Ukraynada gedən müharibənin danışıqlar yolu ilə həllini dəstəkləyir. Ukrayanın Rusiyadan gələn boru kəmərlərinə və Qara dənizdəki tankerlərə edilən hücumlarını pisləyir. Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto İstanbulda türkiyəli həmkarı Hakan Fidan ilə görüşdən sonra bildirib.

Cagdas.az-ın TASS-a istinadən xəbərinə görə, nazir vurğulayıb ki, hər iki ölkə enerji nəqli marşrutlarına hücumları qəbuledilməz hesab edir:

“Biz Ukraynada müharibənin danışıqlar yolu ilə başa çatdırılmasının tərəfdarıyıq və enerji daşımalarına qarşı istənilən hücumu – istər Rusiyadan gələn neft kəmərləri, istərsə də Qara dənizdəki tanker zərbələri olsun – qınayırıq,” – Siyarto qeyd edib.

Macarıstanın Rusiya qazının böyük hissəsini “Türk axını” boru kəməri və onun Bolqarıstan–Serbiya qolları vasitəsilə aldığını xatırladan nazir Türkiyənin etibarlı tranzit tərəfdaşı olduğunu bildirib:

“Bu il ‘Türk axını’ ilə Macarıstana təxminən 8 milyard kubmetr təbii qaz nəql olunacaq. Türkiyə bizim üçün dürüst və etibarlı tranzit tərəfdaşdır. Biz enerji təchizatı məsələsinə siyasi və ya ideoloji prizma ilə yanaşılmasının əleyhinəyik,” – deyə o əlavə edib.