• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
29.1° Weather Columbus
$
1.7
€
1.9359
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Marşrut avtobuslarında kondisionerin işləməməsinə RƏSMİ REAKSİYA

02 İyul, 26 / 17:06
A A

Bakıda bəzi marşrut avtobuslarında kondisionerlərin işləməməsi sərnişinlərin narazılığına səbəb olub.

Cagdas.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşımlar edilib.

İddialara görə, Sumqayıt və Saray istiqamətində hərəkət edən 500, 503 və 508 nömrəli marşrut avtobuslarında kondisionerlər işləmir. Bu səbəbdən sərnişinlər isti və havasız salonlarda hərəkət etmək məcburiyyətində qalırlar.

Qeyd olunub ki, bu vəziyyət bəzən sürücülərlə sərnişinlər arasında mübahisələrə səbəb olur.

“Marşrut avtobusunda kondisionerin işləməməsində sükan arxasında olan sürücünün məsuliyyəti yoxdur. O da sərnişinlər kimi havasız və isti salonda işləməyə məcburdur. Lakin sərnişinlərin əsəbləri tarıma çəkildikdə günahkar kimi sürücünü görürlər. Nəticədə lazımsız mübahisələr yaranır ki, bu da həm sürücünün diqqətini yayındırır, həm də sərnişinlərin təhlükəsizliyinə risk yaradır”, – paylaşımda bildirilib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, bu qurumun istismarında olan bütün avtobuslar kondisioner sistemi ilə təchiz ediliblər:

Marşrut avtobuslarında kondisionerin işləməməsinə dair şikayətə RƏSMİ REAKSİYA

“500, 503 və 508 nömrəli xətlərdə kondisioner sistemi hazırda işlək vəziyyətdədir. Sorğuda qeyd olunan məsələ ilə bağlı bildiririk ki, 500 nömrəli xətt üzrə bir avtobusda kondisionerlə bağlı texniki nasazlıq olub, lakin həmin problem artıq aradan qaldırılıb. Bununla yanaşı, sürücü ilə sərnişin arasında hər hansı mübahisənin olması ilə bağlı “BakuBus” MMC-yə məlumat daxil olmayıb.

“BakuBus” MMC-nin istismarında olan bütün avtobuslar kondisioner sistemi ilə təchiz ediliblər. 2 iyun tarixindən etibarən avtobuslarda kondisioner sistemləri yay rejiminə uyğun olaraq aktivləşdirilib və fasiləsiz fəaliyyəti təmin olunur. “BakuBus” MMC tərəfindən hər gün xəttə orta hesabla 1 090 avtobus buraxılır. Gün ərzində intensiv istismar olunan bu qədər sayda nəqliyyat vasitəsi arasında ayrı-ayrı hallarda texniki nasazlıqların yaranması istisna edilmir. Bununla belə, hazırda xəttə çıxan avtobusların 90 faizində kondisioner sistemləri tam işlək vəziyyətdədir.

Kondisioner sistemi də daxil olmaqla hər hansı texniki nasazlıq aşkar edildiyi halda sürücü dərhal Monitorinq Mərkəzinə məlumat verir. Müraciət operativ qaydada qiymətləndirilir, marşrut üzrə sərnişindaşımanın fasiləsizliyinin təmin edilməsi məqsədilə isə mövcud vəziyyət və ehtiyat avtobusun mövcudluğu nəzərə alınmaqla nəqliyyat vasitəsinin əvəzlənməsi həyata keçirilir.

Sərnişinlərdən xahiş edirik ki, kondisioner sisteminin fəaliyyəti ilə bağlı hər hansı narahatlıqla qarşılaşdıqları halda marşrut nömrəsini, avtobusun dövlət qeydiyyat nişanını, hərəkət istiqamətini və mümkün olduqda vaxtı qeyd etməklə “BakuBus” MMC-yə müraciət etsinlər. Daxil olan müraciətlər operativ şəkildə araşdırılır və zəruri tədbirlər görülür”.

Bənzər Xəbərlər

Cəmiyyət

DİQQƏT: Bu ailələrin evləri dövlət hesabına təmir olunacaq? – VACİB AÇIQLAMA

İyul 2, 2026
Cəmiyyət

AAYDA-ya məxsus bu qurumlar ləğv olundu – SİYAHI

İyul 2, 2026
Cəmiyyət

Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq?

İyul 2, 2026
Cəmiyyət

Bu şəxslər 40 minədək cərimələnəcək

İyul 2, 2026
Cəmiyyət

28 May ətrafında təhlükəli vəziyyət: Sakinlər piyada keçidi tələb edir

İyul 2, 2026
Cəmiyyət

FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi

İyul 2, 2026

XƏBƏR LENTİ

DİQQƏT: Bu ailələrin evləri dövlət hesabına təmir olunacaq? – VACİB AÇIQLAMA

02 İyul, 26 / 18:31

AAYDA-ya məxsus bu qurumlar ləğv olundu – SİYAHI

02 İyul, 26 / 18:17

Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq?

02 İyul, 26 / 18:03

Bu şəxslər 40 minədək cərimələnəcək

02 İyul, 26 / 17:49

İran-ABŞ danışıqlarının növbəti mərhələsi iyulun 18-də başlayacaq

02 İyul, 26 / 17:35

28 May ətrafında təhlükəli vəziyyət: Sakinlər piyada keçidi tələb edir

02 İyul, 26 / 17:22
Japan's Prime Minister Sanae Takaichi, left, and Indian Prime Minister Narendra Modi pose for a photograph at a ceremonial reception for her at the Rashtrapati Bhavan in New Delhi, India, Thursday, July 2, 2026. (AP Photo/Manish Swarup)

Yaponiya və Hindistan strateji ittifaqı gücləndirir – Çinə qarşı yeni addım

 

02 İyul, 26 / 17:20

Marşrut avtobuslarında kondisionerin işləməməsinə RƏSMİ REAKSİYA

02 İyul, 26 / 17:06

FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi

02 İyul, 26 / 16:53

Paşinyan : “Azərbaycan və Türkiyə ilə elektrik xətləri çəkəcəyik”

02 İyul, 26 / 16:36
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.