Son dəqiqə

Medvedevdən ABŞ-Rusiya münasibətləri ilə bağlı sərt AÇIQLAMA

Dünya

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, Rusiya ilə ABŞ arasındakı münasibətlər yenidən onilliklər boyu davam edəcək böhran mərhələsinə qədəm qoyub və iki ölkə sistemli rəqib olaraq qalacaq.

Çağdaş.Az Medvedev bu fikirləri “Max” sosial platformasındakı paylaşımında səsləndirib.

“Etiraf etməliyik ki, Rusiya ilə ABŞ arasında münasibətlər yenidən onilliklər ərzində zədələnib. Biz keçmişdə də sistemli rəqib olmuşuq, indi də belədir və gələcəkdə də belə qalacağıq”, – deyə o qeyd edib.

Medvedev ABŞ Prezidenti Donald Trampın hazırkı mərhələdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməmək qərarını Ukrayna münaqişəsinin nizamlanması üçün imkanları qorumaq cəhdi kimi qiymətləndirib.

Onun sözlərinə görə, burada əsas məqam Trampın işlət­diyi “hazırkı mərhələdə” ifadəsidir.

Medvedev bildirib ki, Tramp ABŞ Konqresində bu mövqeyinə görə ciddi tənqid olunur. Bununla yanaşı, Rusiyaya və İrana qarşı sanksiyaları nəzərdə tutan Qrem Aktı kimi də tanınan 2026-cı il tarixli Lindsi O. Qrem Rusiya və İrana qarşı sanksiyalar haqqında Qanununun icrasını təxirə saldığı üçün onu dəstəkləyənlər də var.

Medvedevin fikrincə, “Qrem Aktı” uzun illər qüvvədə qalması nəzərdə tutulan sistemli rusofobiya siyasətinin tərkib hissəsidir.

Onun sözlərinə görə, qanunun ayrı-ayrı müddəalarının tətbiqinin müvəqqəti dayandırılması gələcəkdə Rusiyaya qarşı müxtəlif məsələlər üzrə təzyiq və şantaj cəhdlərinin davam edəcəyini göstərir.

Medvedev keçmiş ABŞ Prezidenti Barak Obama ilə söhbətlərini də xatırladaraq bildirib ki, Obama vaxtilə ona Cekson-Venik Düzəlişi çərçivəsində güzəştdən istifadə etməsi və həmin düzəlişin ləğvi ilə bağlı danışıb.

O vurğulayıb ki, bu düzəliş qəbul edildikdən təxminən 35 il sonra ləğv olunmuşdu və oxşar proseslərin gələcəkdə də bir neçə siyasətçi nəslini əhatə edəcək qədər uzun sürməsi mümkündür.