Misirli ulduz futbolçu Məhəmməd Salah Trabzonsporun heyətində uğurlu çıxışı ilə klub tarixinə düşüb.
Çağdaş.Az xəbər verir ki, təcrübəli hücumçu 2000/2001 mövsümündən bəri Trabzonspor forması ilə start heyətində başladığı ilk üç oyunda 4 qol vuran ilk əcnəbi futbolçu olub.
Süper Liqanın 2-ci turunda İstanbul Başakşəhər ilə keçirilən görüşdə komandasının hər iki qoluna imza atan Salah, bundan əvvəl Amedspor və Gənçlərbirliyi ilə matçlarda da hərəyə bir dəfə fərqlənmişdi.
Misirli futbolçu Başakşəhərlə oyunda həm də məhsuldar ötürmə ilə yadda qalıb.
Salah Gənçlərbirliyi ilə qarşılaşmada rəqib cərimə meydançasında 12 dəfə topla görüşüb və komanda yoldaşlarına 6 açar ötürmə verib.
O, bununla da 2025-ci ilin fevralında Liverpul və Mançester Siti arasında keçirilən oyundan sonra ilk dəfə bir matçı həm qol, həm də assistlə başa vurub.
















