• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9911
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Məktəblərdə təhlükə BÖYÜYÜR- XƏBƏRDARLIQ

28 Aprel, 26 / 21:47
A A

Son günlər ölkə ərazisində məktəblilərin törətdiyi cinayətlər gündəmi zəbt edib. Yeniyetmələrin öz yaşıdları və ətrafa qarşı olan aqressiv münasibətləri sonda cinayətlərə səbəb olur.
Bəs burada günahkar kimlərdir?

Şagirdləri cinayət əməllərinə təşviq edən nələrdir?

Cagdas.az   xəbər verir ki ,məsələ ilə bağlı deputat Tahir Rzayev Ajans.az-a açıqlama verib.

O bildirib ki,  məktəblər arasında baş verən xoşagəlməz hallar hər birimizi narahat edir. Çünki bunlar bizim gənclərimizdir, gələcəyimizdir. Onların ləyaqətli, sağlam vətəndaş kimi yetişməsi hər birimizin borcudur. Bu borcun dərk olunması isə əlbəttə ki, ailənin, məktəbin və cəmiyyətin üzərinə düşür.

“Çünki heç birimiz yaxamızı kənara çəkə bilmərik ki, nəyə görə bizim gənclərimiz cinayət hallarına yol verirlər. Burada ailənin vəzifəsi, məktəbin vəzifəsi, cəmiyyətin vəzifəsi – bir vətəndaş kimi hər birimizin rolu dəyərləndirilməlidir. Və əlaqəli şəkildə bu hallar aradan qaldırılmalıdır.”-deyə, deputat deyib.

Onun sözlərinə görə, burada bir çox təsirlər mövcuddur, xüsusilə də xarici təsirlər. Kinofilmlər, telefonlar, müəyyən informasiya vasitələrində xoşagəlməz hadisələrin işıqlandırılması, aqressiyanın yayılması və uşaqların buna aludə olması bu təsirlərdəndir. Bu hallar onların psixologiyasında müəyyən sarsıntılar yaradır və təkcə Azərbaycanda belə hadisələr baş vermir.

“Biz xarici ölkələrə baxsaq, görərik ki, silahlı şəxslər məktəblərə daxil olaraq qətllər törədir, bir-birini öldürür, həddindən artıq ağır cinayətlərə yol verirlər. Bu isə əlbəttə ki, bağışlanılmazdır. Bu cür informasiyaların və sosial şəbəkələrin təsiri bu gün gənclərimizin psixologiyasında çox mənfi izlər qoyur.”

Tahir Rzayev qeyd edib ki, burada ilk ailənin rolu yüksək qiymətləndirilməlidir. Uşaq ailədə daha çox tərbiyələndirilməli, ona daha çox diqqət yetirilməlidir. Bir çox hallarda bütün vəzifələr məktəbin üzərinə atılır ki, mən bunun tərəfdarı deyiləm. Çünki uşaq məktəbdə təxminən 4-5 saat olur, amma günün böyük hissəsini ailə mühitində keçirir.

Əgər ciddi səhvlər varsa, əlbəttə ki, burada ailənin məsuliyyəti daha çoxdur. Çünki bəzi hallarda uşaqların tərbiyəsi ilə lazımi qaydada məşğul olunmur, onlara kifayət qədər nəzarət edilmir. Belə olduqda isə məktəbdə xoşagəlməz halların baş verməsi ehtimalı artır.

Millət vəkili vurğulayıb ki, bir vətəndaş kimi burada bizim də rolumuz böyükdür. Maarifləndirmə tədbirləri aparılmalıdır, informasiya şəbəkələrində, televiziyalarda maarifləndirici verilişlər yayımlanmalıdır, nümunəvi məktəblər və ailələr təbliğ olunmalıdır. İctimaiyyət nümayəndələri və qeyri-hökumət təşkilatlarının fəaliyyəti ön plana çəkilməlidir.

Təəssüf ki, bu sahədə kifayət qədər təşəbbüslər görmürük. Hətta bəzi televiziya verilişləri, filmlər və teleseriallar uşaqlarda mənfi emosiyaların formalaşmasına səbəb olur. Bu işlər mütləq planlı şəkildə həyata keçirilməlidir. Ailənin, məktəbin, cəmiyyətin və hər bir vətəndaşın ortaq vəzifələri daim gündəmdə saxlanılmalı və təbliğ olunmalıdır.

Əlbəttə ki, belə olduqda cinayətlərin sayı azalacaq, xoşagəlməz halların qarşısı alınacaq və düşünürəm ki, hər birimiz bu məsələlərdə daha diqqətli olmalıyıq.

Bənzər Xəbərlər

Cəmiyyət

Şişkinlik və həzm problemini azaldan 5 üsul

Aprel 28, 2026
Cəmiyyət

Uşaqların neçə faizi bağçaya gedir? – Rəsmi rəqəm açıqlandı

Aprel 28, 2026
Cəmiyyət

Tikintidə 1677 nəfər müqaviləsi olmadan işləyib

Aprel 28, 2026
Cəmiyyət

“Azparkinq”in yeri özəlləşdirilib – İDDİA

Aprel 28, 2026
Cəmiyyət

“Bakı Marafonu 2026”da 25 min iştirakçı birincilik uğrunda yarışacaq

Aprel 28, 2026
Cəmiyyət

Bakıda güclü külək səbəbindən 34 ağac AŞIB

Aprel 28, 2026

XƏBƏR LENTİ

Həddindən artıq yuxu niyə təhlükəlidir?

28 Aprel, 26 / 23:53

Evlilikdən qorxan bürclər

28 Aprel, 26 / 23:39

Çəkiyə təsir edən gizli faktor – saatlara diqqət edin

28 Aprel, 26 / 23:24

Onkoloq xərçəng hüceyrələrini məhv edə bilən 4 qidanı sadaladı

28 Aprel, 26 / 23:11

Şişkinlik və həzm problemini azaldan 5 üsul

28 Aprel, 26 / 22:50

ABŞ-dan ən çox neft alan 10 ölkə – SİYAHI

28 Aprel, 26 / 22:35

​İnsan niyə narkotikə, içkiyə aludə olur?

28 Aprel, 26 / 22:21

Məktəblərdə təhlükə BÖYÜYÜR- XƏBƏRDARLIQ

28 Aprel, 26 / 21:47

Uşaqların neçə faizi bağçaya gedir? – Rəsmi rəqəm açıqlandı

28 Aprel, 26 / 21:39

Avtomobil almaq istəyənlər üçün PİS XƏBƏR

28 Aprel, 26 / 21:35
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.