• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.3° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Mənzil tələbi ilə bağlı mühüm QƏRAR

22 Aprel, 26 / 11:21
A A

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşların yalnız bir dəfə mənzillə təmin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Cagdas.az xəbər verir ki, işin hallarına görə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. O, ailə üzvləri ilə birlikdə 2012-ci ildə yerli icra hakimiyyəti tərəfindən ayrılmış mənzildə yaşayır. Həmin mənzil iddiaçının həyat yoldaşına verilmiş, sahə hesablanarkən iddiaçı da daxil olmaqla ailənin bütün üzvləri nəzərə alınıb. Lakin sonradan iddiaçı mənzilin sahəsinin kifayət etmədiyini əsas gətirərək yenidən mənzillə təmin olunmasını tələb etmiş, hətta mənzil növbəsinə də qəbul edilib. Aidiyyəti icra hakimiyyəti orqanı isə əvvəl bir dəfə mənzil verildiyini əsas gətirərək bu tələbi rədd edib.

Birinci instansiya məhkəməsi iddianı təmin edərək iddiaçının yenidən mənzillə təmin olunmasını məqsədəuyğun hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi də qərarı qüvvədə saxlayıb. Bundan sonra cavabdeh orqan Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə belə nəticəyə gəlib ki, qanunvericiliklə müəyyən edilən xüsusi kateqoriyadan olan şəxslərin mənzillə təminatı dövlətin mühüm sosial öhdəliklərindən biri olsa da, bu hüquq mütləq xarakter daşımır və müəyyən hüquqi çərçivələrlə məhdudlaşdırılır. Sosial hüquqların həyata keçirilməsi dövlətin maliyyə imkanları, resursların məhdudluğu və cəmiyyətdə sosial ədalətin təmin olunması zərurəti ilə sıx bağlıdır. Bu baxımdan dövlət yalnız fərdi maraqları deyil, bütövlükdə cəmiyyətin rifahını və ehtiyacı olan şəxslər arasında balansı nəzərə almalıdır.

Məhkəmə kollegiyası vurğulayıb ki, müharibə əlilləri və digər xüsusi statuslu şəxslər dövlətin xüsusi sosial müdafiəsində olan həssas qrupdur və onların mənzillə təmin olunması sosial ədalətin bərpasına xidmət edir. Lakin bu təminatın məqsədi həmin şəxslərə əlavə üstünlük qazandırmaq deyil, onların əsas yaşayış ehtiyacını aradan qaldırmaq və onları normal sosial həyat şəraitinə qaytarmaqdır. Bu səbəbdən dövlət tərəfindən bir dəfə mənzil verilməsi həmin sosial ehtiyacın təmin edilməsi kimi qiymətləndirilməlidir.

Ali Məhkəmə izah edib ki, xüsusi statusdan irəli gələn əsasla sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fonduna çıxış hüququ yalnız bir dəfə həyata keçirilə bilər. Əgər şəxs və ya onun ailə üzvü bu əsasla artıq mənzillə təmin olunubsa və həmin təminat zamanı bütün ailə üzvləri, o cümlədən iddiaçı nəzərə alınıbsa, bu halda həmin şəxs də faktiki olaraq bir dəfə mənzillə təmin edilmiş sayılır. Belə olan halda eyni əsasla yenidən mənzil tələb edilməsi qanunvericiliyin məqsədinə uyğun hesab edilə bilməz.

Məhkəmə qeyd edib ki, təkrar mənzil təminatı yalnız fərdi iddia ilə məhdudlaşmır, eyni zamanda digər şəxslərin hüquqlarına təsir göstərir. Çünki dövlətin sosial resursları məhduddur və bir şəxsin eyni əsasla ikinci dəfə mənzil əldə etməsi hələ də mənzilə ehtiyacı olan digər şəxslərin bu hüquqdan yararlanma imkanlarını azalda bilər. Bu isə sosial ədalət və bərabərlik prinsiplərinə zidd olardı.

Nəticə etibarilə cavabdehin kassasiya şikayətin təmin edilib.(milli.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi – FOTOLAR

Aprel 22, 2026
Cəmiyyət

Həftə sonu 55 mindən çox şagird imtahan VERƏCƏK

Aprel 22, 2026
Cəmiyyət

Azərbaycanda ipoteka əlçatanlığı necə dəyişib? – ARAŞDIRMA

Aprel 22, 2026
Cəmiyyət

Bakıda məktəbinin yataqxanasında yanğın oldu – YENİLƏNİB

Aprel 22, 2026
Cəmiyyət

Pərvin Quliyevaya vəzifə verildi – FOTO

Aprel 22, 2026
Cəmiyyət

Prokurorluq Gəncə İH-də araşdırma APARIR

Aprel 22, 2026

XƏBƏR LENTİ

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi – FOTOLAR

22 Aprel, 26 / 13:10

Həftə sonu 55 mindən çox şagird imtahan VERƏCƏK

22 Aprel, 26 / 12:57

İran 8 qadınla bağlı iddianı təkzib etdi

22 Aprel, 26 / 12:44

Azərbaycanda ipoteka əlçatanlığı necə dəyişib? – ARAŞDIRMA

22 Aprel, 26 / 12:30

Bakıda məktəbinin yataqxanasında yanğın oldu – YENİLƏNİB

22 Aprel, 26 / 12:16

Pərvin Quliyevaya vəzifə verildi – FOTO

22 Aprel, 26 / 12:02

Prokurorluq Gəncə İH-də araşdırma APARIR

22 Aprel, 26 / 11:49

Çörək böhranı yarana bilər, buğda bahalaşır – Azərbaycanı nə gözləyir?

22 Aprel, 26 / 11:35

Mənzil tələbi ilə bağlı mühüm QƏRAR

22 Aprel, 26 / 11:21

Vəkil olmaq istəyənlərin nəzərinə

22 Aprel, 26 / 11:07
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.