Son dəqiqə
Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər Aİ-dən Ukraynaya milyardlıq hərbi dəstək: 1,76 milyard avro köçürüldü Bu tarixdə doğulanlar zəngin olur – Hesablama qaydası

Mərkəzi Bankın uçot qərarı kredit faizlərinə təsir etməyəcək – Natiq Cəfərli

Cəmiyyət

Maliyyə bazarlarında əsas müzakirə mövzularından biri Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı verəcəyi növbəti qərardır.

İnflyasiya təzyiqləri və qlobal iqtisadi meyllər fonunda tənzimləyicinin hansı addımı atacağı vətəndaşlar və sahibkarlar üçün xüsusi əhəmiyyət daşıyır. Çünki uçot dərəcəsində baş verən dəyişiklik nəzəri olaraq kredit və əmanət faizlərinə, biznesin maliyyələşmə xərclərinə, eləcə də yığımların gəlirliliyinə təsir göstərir.

Cagdas.az bildiriri ki İqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı Modern.az-a açıqlamasında Mərkəzi Bankın uçot dərəcəsini dəyişməz saxlamasının daha məntiqli olacağını bildirib.

Onun sözlərinə görə, qlobal iqtisadi meyllər nəzərə alınarsa, faiz dərəcəsinin artırılması ehtimalı da istisna edilmir:

“Mərkəzi Bank çox güman ki, uçot dərəcəsini dəyişməz saxlayacaq. Dünyada gedən proseslər nəzərə alınaraq onun 0,25 faiz bəndi artırılması da mümkündür. Amma düşünürəm ki, uçot dərəcəsinin indiki səviyyədə saxlanılması daha məntiqli qərar olardı”.

İqtisadçı vurğulayıb ki, Azərbaycanda uçot dərəcəsi ilə kommersiya banklarının kredit faizləri arasında güclü əlaqə yoxdur:

“Təəssüf ki, bizdə monetar transmissiya mexanizmi işləmir. Yəni uçot dərəcəsi ilə kredit faizləri arasında birbaşa əlaqə çox zəifdir. Bu problem illərdir davam edir. Ona görə də Mərkəzi Bankın qərarının kredit faizlərinə birbaşa təsiri olmayacaq”.

Natiq Cəfərlinin fikrincə, uçot dərəcəsi dəyişməz saxlanılarsa, bankların kredit faizlərində də ciddi dəyişiklik gözlənilmir.