• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9591
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Meta uşaqların psixi sağlamlığına görə 942 milyon dollar ödəyəcək

07 Avqust, 26 / 21:02
A A

Meta uşaqların psixi sağlamlığına vurduğu ziyana görə 942 milyon dollar ödəyəcək.

Cagdas.az xəbər verir ki, ABŞ-nin Nyu-Meksiko ştatının məhkəməsi Facebook və Instagram platformalarının sahibi olan Meta şirkətinin uşaqların psixi sağlamlığına vurduğu zərərin aradan qaldırılması məqsədilə yaradılacaq fonda 567 milyon dollar ödəməsinə qərar verib.

Bu qərar mart ayında keçirilən məhkəmə prosesinin ikinci mərhələsinin nəticəsidir. Həmin vaxt andlılar heyəti Meta-nın uşaqların psixi sağlamlığına bilərəkdən zərər vurduğunu və platformalarında uşaqların cinsi istismarı ilə bağlı məlum faktları gizlətdiyini müəyyən etmiş, şirkətə 375 milyon dollar məbləğində maksimum cərimə tətbiq etmişdi.

Yeni qərarla birlikdə Meta-nın ödəməli olduğu ümumi məbləğ 942 milyon dollara çatıb.

Hakim Brayan Bidşeyd bildirib ki, ayrılan vəsaitin 420 milyon dolları Nyu-Meksikoda gənclər üçün psixoloji yardım və müalicə xidmətlərinə yönəldiləcək. Qalan məbləğ isə maarifləndirmə proqramları, profilaktik tədbirlər, müayinələr və digər layihələrin maliyyələşdirilməsinə sərf olunacaq.

Məhkəmə Meta-nın Facebook və Instagram platformalarında uşaqların təhlükəsizliyini gücləndirmək üçün əlavə tədbirlər görməsini də tələb edib. Şirkət yaşın müəyyənləşdirilməsi sistemlərini təkmilləşdirməli, 13 yaşdan kiçik istifadəçilərin aşkarlanması üçün süni intellekt əsaslı model hazırlamalı və bu istifadəçilərlə bağlı daha sərt təhlükəsizlik qaydaları tətbiq etməlidir.

Bundan başqa, Meta məktəblər və uşaq təhlükəsizliyi təşkilatları ilə əməkdaşlıq edərək azyaşlı istifadəçilərin müəyyənləşdirilməsi üçün xüsusi məlumatlandırma sistemi yaratmalı, həmçinin 13 yaşdan kiçik istifadəçilərə aid şəxsi məlumatları silməlidir.

Nyu-Meksikonun baş prokuroru Raul Torres qərarı uşaqların təhlükəsizliyi baxımından mühüm qələbə adlandırıb.

Meta isə qərarla razılaşmadığını açıqlayıb və apellyasiya şikayəti verəcəyini bildirib. Şirkət nümayəndələri yeniyetmələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi addımlar atdıqlarını və irəli sürülən iddiaların faktları tam əks etdirmədiyini vurğulayıblar.(sfera.az)

Bənzər Xəbərlər

Dünya

Zelenski daha üç səfiri vəzifədən azad etdi

Avqust 7, 2026
Dünya

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan “Məkkə sazişi”ni imzaladı

Avqust 7, 2026
Dünya

Trampdan mübahisəli qərar: ABŞ-də doğulan əcnəbilər vətəndaş olmayacaq?

Avqust 7, 2026
Dünya

Tramp: İranla razılaşma tezliklə əldə oluna bilər

Avqust 7, 2026
Dünya

Pezeşkianın Xamenei ilə son dərəcə məxfi görüşü – Sensasiyalı İDDİA

Avqust 7, 2026
Dünya

Ölkə ondan danışır: 1 milyon avroluq çekpot uddu, zibilə atdı və … – FOTOLAR

Avqust 6, 2026

XƏBƏR LENTİ

19 yaşlı şahzadə 11 aylıq əsgərliyə yollandı

07 Avqust, 26 / 22:48

Ceki Çanın Bakıdakı film çəkilişlərindən görüntülər – Video

07 Avqust, 26 / 22:34

İlin toyuna geri sayım başladı – Messi də orada olacaq

07 Avqust, 26 / 22:20

Zelenski daha üç səfiri vəzifədən azad etdi

07 Avqust, 26 / 22:05

Son illərin böyük problemi: Uşaqların gec danışmasının səbəbləri

07 Avqust, 26 / 21:52

Bakıda vəzifəli şəxsin meyiti tapıldı – FOTO

07 Avqust, 26 / 21:40

Azərbaycan Perunun aparıcı enerji şirkətindən pay alıb

07 Avqust, 26 / 21:26

Avropada rekord istilər: Elektrik stansiyaları dayandırıldı, meşə yanğınları genişlənir

07 Avqust, 26 / 21:14

Meta uşaqların psixi sağlamlığına görə 942 milyon dollar ödəyəcək

07 Avqust, 26 / 21:02

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

07 Avqust, 26 / 20:51
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.