Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Cəmiyyət

Avqust ayında səma həvəskarlarını bir-birindən maraqlı astronomik hadisələr gözləyir. Ay ərzində tam Günəş tutulması, Perseid meteor yağışı, Veneranın ən parlaq görünəcəyi günlər və qismən Ay tutulması baş verəcək.

Cagdas.az xarici mediaya istinadən xəbər verir ki, avqustun 12-də baş tutacaq tam Günəş tutulması Şimali Rusiya, Qrenlandiya, İslandiya, İspaniyanın şimalı və Portuqaliyanın kiçik bir hissəsindən tam şəkildə müşahidə ediləcək.

ABŞ-nin Alyaskadan Şimali Karolinaya qədər uzanan bəzi ərazilərində isə tutulma qismən görünəcək.

Mütəxəssislər Günəş tutulmasını izləyərkən yalnız sertifikatlaşdırılmış qoruyucu eynəklərdən istifadə etməyi tövsiyə edirlər. Xüsusi filtr olmadan Günəşə birbaşa baxmaq və ya teleskop, dürbün, kamera vasitəsilə müşahidə aparmaq gözlər üçün ciddi təhlükə yarada bilər.

Həmin gecə Perseid meteor yağışı da maksimum aktivlik mərhələsinə çatacaq. Ən əlverişli müşahidə vaxtı avqustun 12-si axşamından 13-ü səhər saatlarınadək olacaq. Yeni Ay fazası səbəbindən səmanın qaranlıq olması meteor yağışının daha aydın izlənilməsinə imkan verəcək.

Avqustun 14-16-da isə Venera ən böyük şərq uzanımına çatacaq. Planet gün batımından qısa müddət sonra qərb üfüqündə görünəcək və səmadakı ən parlaq obyektlərdən biri olacaq.

Ayın sonunda, avqustun 27-dən 28-nə keçən gecə qismən Ay tutulması baş verəcək. Tutulmanın maksimum mərhələsində Ayın diametrinin təxminən 93 faizi Yerin kölgəsində qalacaq. Ay tamamilə tutulmasa da, səthinin böyük hissəsi qaralacaq və mis rənginə çalan görüntü alacaq.

Qeyd edək ki, Ay tutulmasını izləmək üçün xüsusi qoruyucu vasitələrə ehtiyac yoxdur.(modern.az)