O bildirib ki, sərnişinlərin təhlükəsizliyi əsas məsələdir:
“Müasir dövrdə stansiyaların layihələndirilməsində “landşaft stansiya” anlayışı tətbiq olunur və sərnişinlərin stansiyaya daxil olduğu andan etibarən təhlükəsizliyi nəzərə alınır”.
O vurğulayıb ki, yeni stansiyaların layihələrində əlilliyi olan şəxslərin rahatlığına xüsusi diqqət ayrılır:
“Yeni stansiyaların layihələrində əlilliyi olan şəxslərin rahatlığına xüsusi diqqət ayrılır. Köhnə metro stansiyalarında isə konstruktiv imkanlar səbəbindən liftlərin quraşdırılması mümkün olmur. Yeni inşa edilən stansiyalarda isə müasir standartlara uyğun olaraq əlilliyi olan şəxslər üçün zəruri şərait yaradılır”.(referans media)
















