“Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb”.
Cagdas.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
“Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək”, – o qeyd edib.
Qeyd edək ki, Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. (Sfera.az )
















