Son dəqiqə
Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO Ronaldinyo futbola qayıtmasının səbəbini açıqladı

Mirzoyan Azərbaycanın şərtindən danışdı

Cəmiyyət

“Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb etmir, lakin sülh sazişinin imzalanması üçün bunu ilkin şərt kimi irəli sürür”.

Cagdas.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər və xarici ticarət naziri Ararat Mirzoyan parlamentin Xarici əlaqələr komissiyasının iclasında bildirib.

“Azərbaycan tərəfindən Ermənistana Konstitusiyanı dəyişdirmək tələbi yoxdur. Azərbaycan bunu tələb etmir, sadəcə açıq şəkildə bildirir ki, iradə nümayiş etdirib, sənədi paraflayıb, öhdəlik götürüb, lakin Ermənistan əsas qanununu dəyişdirməyənədək onu imzalamayacaq”, – deyə Mirzoyan qeyd edib.

Nazirin sözlərinə görə, “tələb” və “ilkin şərt” anlayışlarını bir-birindən fərqləndirmək lazımdır.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabr ayında Azərbaycanla Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsinin müzakirə olunmadığını bildirmişdi\modern.az\