Son dəqiqə
Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün – Deputat Xəzərin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Müəllimlər sertifikasiya imtahanından azad olunacaqlar? – AÇIQLAMA

Cəmiyyət

Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi təklif edib ki, ardıcıl iki dəfə sertifikasiya imtahanında 51 və daha yüksək bal toplayan müəllimlər gələcəkdə üçüncü sertifiksiya imtahanından azad oluna bilərlər.

Cagdas.az xəbər verir ki, təklifi Redaktor.az-a şərh edən təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, sertifikasiya ilə bağlı xoş olan mənzərə odur ki, artıq bizdə imtahana qarşı münasibət dəyişir:

“İlk illərdə sertifikasiya ilə bağlı çox ciddi bir müqavimət var idi. Amma indi artıq hər bir şəxs övladına sertifikatlı bir müəllimin dərs deməsini istəyir, bunu arzulayır. Bu isə artıq müsbət istiqamətdə sürətli inkişafa doğru gedir”.

Müsahibimizin fikrincə, 51 bal və yuxarı nəticə əldə edən müəllimlərin iki dəfədən sonra sertifikasiya imtahanından azad olunması bir qədər məntiqli görünmür:

“Sertifikasiya məhz ona görə tətbiq olunub ki, hər 5 ildən bir yenilənən dünyada, ictimai həyatda baş verən dəyişiklikləri müəllim də bilməlidir. Həmin biliklər də yoxlanılır. Təkcə elmi biliklər və tədris keyfiyyəti yoxlanılmır. Ona görə də mən düşünürəm ki, 51 bal və daha yüksək nəticə toplamış müəllimlər üçün növbəti 5 il ərzində çox şey dəyişə bilər. Ona görə də bu, bir qədər qəbul olunmuş təlimatlara və qaydalara zidd olar. Mən düşünürəm ki, əgər qayda üç dəfə imtahan verilməsini nəzərdə tutursa, həmin müəllimlər də üçüncü dəfə imtahana girməlidirlər. Ola bilsin ki, növbəti dəfəyə qədər müəllimdə müəyyən arxayınçılıq yaranıb, o, biliyini və bacarığını inkişaf etdirməyib. Buna görə də hesab edirəm ki, onların imtahandan azad olunması digər müəllimlərə qarşı bir qədər ədalətsizlik olar. Yəni, imtahan keçirilməlidir”.