• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14.7° Weather Columbus
$
1.7
€
1.9949
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Müharibə veteranlarına verilən 80 manatla bağlı GÖZLƏNİLƏN XƏBƏR – Yeni məbləğ nə qədər OLACAQ?

13 May, 26 / 12:12
A A

Azərbaycanda müharibə veteranlarına verilən 80 manatlıq təqaüdün hazırkı iqtisadi şəraitə, artan qiymətlərə və inflyasiya göstəricilərinə uyğunlaşdırılması məsələsi yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə və cəmiyyətdə bu məbləğin artırılması ilə bağlı müxtəlif çağırışlar səsləndirilir.

Cagdas.az  bildirir ki, məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov təqaüdlərin artırılması üçün yeni və effektiv mexanizm təklif edib.

“80 manatlıq təqaüd güzəştlərin pul kompensasiyasıdır”

İqtisadçı Rəşad Həsənov bildirdi ki, ilk növbədə bu ödənişin mahiyyətinə diqqət yetirmək lazımdır: “Ümumiyyətlə, ilk növbədə nəzərə almaq lazımdır ki, müharibə iştirakçılarına münasibətdə hazırda verilən 80 manatlıq təqaüd məhz 2020-ci ilə qədər müharibə iştirakçılarına nəqliyyat xidmətlərindən, kommunal xidmətlərdən istifadəyə görə verilmiş güzəştlərin pul kompensasiyası kimi nəzərdə tutulub və ortaya çıxmış bir modeldir”.

Ekspert vurğulayır ki, əgər bu məbləğ xidmətlərin kompensasiyasıdırsa, qiymətlər dəyişdikcə təqaüd də yenilənməlidir:

“Və əgər bu ödəniş müvafiq xidmətlər üzrə xərclərin kompensasiyası üçün, güzəştlərin kompensasiyası üçün nəzərdə tutulubsa, bu o deməkdir ki, davamlılıq məqsədilə bu təqaüd ilbəil və yaxud da ki, deyək ki, müvafiq paketə daxil olan xidmətlərin hər hansı birinin qiymətinin dəyişməsi zamanı artırıla bilər”.

Rəşad Həsənovun fikrincə, ən məqbul format Tarif Şurasının qərarları ilə bu təqaüd arasında birbaşa bağlılıq yaratmaqdır:

“Yəni təklif daha çox ondan ibarətdir ki və daha məqbul hesab edilən format odur ki, Tarif Şurası müvafiq xidmətlər üzrə qiymətlərin artırılması ilə bağlı qərar qəbul etdiyi təqdirdə, avtomatlaşdırılmış olaraq həmin qərarın bir nəfərə yaradacağı əlavə xərc yükü məhz müvafiq təqaüdün üzərinə əlavə edilsin. Yəni bu təqaüdün artırılması ilə bağlı qərar hökumətin deyək ki, müəyyən etdiyi reqlament əsasında deyil, daha dəqiq formada və təsirlərin daha real şəkildə neytrallaşdırılması məqsədilə məhz bu paketə daxil olan xidmətlərin, kommunal xidmətlərin, nəqliyyat xidmətlərinin artırılması ilə bağlı hökumət — yəni Tarif Şurası qərar qəbul etdikdə və bu qərarın qüvvəyə minməsi tarixindən etibarən yaranmış adambaşına düşən xərc yükü əlavə edilsin məhz müavinətin üzərinə və təqaüdün üzərinə daha doğrusu. Və dolayısı ilə də bu istiqamətdə mövcud olan bu çatışmazlıq aradan qaldırılsın”.

“Maliyyə yükü yox, sosial qrupun rifahı əsas götürülməlidir”

İqtisadçı qeyd etdi ki, son illərdə xidmət haqları dəfələrlə artıb:

“Son 5-6 ildə biz nəqliyyat xidmətlərinin qiymətlərinin bir neçə dəfə kütləvi sərnişindaşımada və eyni zamanda kommunal xidmətlərin də qiymətlərinin bir neçə dəfə artdığını müşahidə etmiş oluruq. Və bu şərtlər daxilində təqaüdün artırılmaması, təbii ki, arzuolunmayan və yaxud da ki, haqlı narazılıqlara gətirib çıxardır”.

Ekspert hökumətin maliyyə yükü ilə bağlı arqumentlərinə də toxunaraq bildirib:

“Burada təbii ki, hökumətin müvafiq məsələyə dair arqumenti daha çox bu istiqamətdə 2020-ci il İkinci Qarabağ müharibəsi və sonrakı dövrdə 2023-cü il birgünlük antiterror əməliyyatı nəticəsində bu sosial qrupun sayında ciddi artımın olması və bu təqaüdün artırılmasından qaynaqlanan böyük maliyyə yükünün nəzərə alınaraq formalaşırsa da, amma düşünürəm ki, əgər dövlət hər hansı bir mexanizmi formalaşdırıbsa və xüsusilə də bu mexanizm həssas sosial qrupların, ölkənin ərazi bütövlüyünün müdafiəsində iştirak etmiş sosial qrupların sosial təminatının gücləndirilməsi məqsədini daşıyırsa, bu zaman artıq qiymətləndirmə meyarı bu mexanizmin yaratdığı xərc yükü deyil, onun faydalandığı sosial qrupun miqyası, onların həyat tərzinə təsiri kimi məsələlər olmalıdır”.

Sonda ekspert əlavə edib ki, məhz müvafiq təqaüdün məbləği Tarif Şurasının qərarları ilə avtomatlaşdırılmış formada əlaqələndirilsin və qərarların qəbulu zamanı yaranmış xərc yükü birmənalı şəkildə təqaüdün üzərinə əlavə edilsin.

Bənzər Xəbərlər

Cəmiyyət

Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər

May 13, 2026
Cəmiyyət

Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR

May 13, 2026
Cəmiyyət

Binədə işıq və qaz olmayacaq

May 13, 2026
Cəmiyyət

Dövlət qurumu mobil tətbiqinin fəaliyyətini dayandırıb

May 13, 2026
Cəmiyyət

“DYP-dən sürücülərə xəbərdarlıq: Məcburi dayanarkən bunları edin”

May 13, 2026
Cəmiyyət

ÜST dəhşətli virusla bağlı təcili XƏBƏRDARLIQ YAYDI TƏCİLİ!

May 13, 2026

XƏBƏR LENTİ

Mehdi Cavadov yüksək vəzifəyə TƏYİN OLUNDU

13 May, 26 / 14:02

Avropa İttifaqı Braziliyadan ət idxalını dayandırdı – Azərbaycan da alır

13 May, 26 / 13:48

Şagirdlərə 12 günlük istirahət – Bu tarixlərdə dərs olmayacaq

13 May, 26 / 13:35

Paşinyanın erməni gənci ilə mübahisəsi: “Qarabağ bizim deyildi” – FOTO

13 May, 26 / 13:21

Bakıda təhsil distanta keçir – RƏSMİ

13 May, 26 / 13:07

Bayrama görə pensiyalar tez veriləcək? – RƏSMİ

13 May, 26 / 12:53

Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər

13 May, 26 / 12:40

Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR

13 May, 26 / 12:26

Müharibə veteranlarına verilən 80 manatla bağlı GÖZLƏNİLƏN XƏBƏR – Yeni məbləğ nə qədər OLACAQ?

13 May, 26 / 12:12

Binədə işıq və qaz olmayacaq

13 May, 26 / 11:58
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.