Son dəqiqə
Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur – VİDEO İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ
Reklam
Reklam

Musa Qurbanlı əmisinin açıqlamasına CAVAB verdi

İdman

“Qarabağ”ın futbolçusu Musa Qurbanlı əmisi, veteran futbolçu Musa Qurbanovun onun barəsindəki açıqlamalarına cavab verib.

“Cagdas.az” xəbər verir ki, o, əmisinin açıqlamalarının düz başa düşülmədiyini deyib.

“Əmim demək istəyib ki, zəhməti, əziyyəti ilə gəlib bu yerə çıxıb. Yəqin ki, onu vurğulamaq istəyib”, – o qeyd edib.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qardaşı, veteran futbolçu Musa Qurbanov bir neçə gün əvvəl maraqlı açıqlaması ilə diqqət çəkib.

O, qardaşı oğlu, adaşı Musa Qurbanlının böyük istedada malik olmadığını bildirib.

“Hələlik yolun başlanğıcındadır. Bilirsiniz, biri var fitri istedad, biri də var mənim kimi, Qurban kimi əməksevərliklə bu səviyyəyə ucalmaq. Elə Musada da uşaqlıqdan böyük istedad olmayıb. Amma o qədər futbola həvəsi olub ki…

Musa, bəlkə də, günün yarısını məşqdə keçirib. Elə indi də belədir. Güc və sürət cəhətdən elə uşaqlıqdan onda çatışmazlıqlar olub. Amma oyun zəkası və futbol biliyi yaxşıdır. Mən inanıram ki, onun karyerasının parlaq dövrləri hələ qabaqdadır”, – deyə Musa Qurbanlı qeyd edib./Olke.az/