Son dəqiqə
Bu şəxslərə birdəfəlik yardım edilsin – TƏKLİF Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib – Maraqlı ETİRAFLAR “29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur” Gələn ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi – YENİLƏNİB Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır? Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir – ÜNVANLAR Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin – Komitə sədri Nəsiminin erməni qadına 6 dəfə atəş açdığı, uşaqları hədələdiyi iddia olunur

Müştərilərin hesab balansları bərpa edildi – ABB-dən yeni açıqlama

Cəmiyyət

ABB dünən bəzi müştərilərin kart hesablarında yaranmış vəziyyətlə bağlı açıqlama yayıb. Bankın sosial media səhifələrində yayılmış açıqlamada deyilir ki, dünən bəzi müştərilərin kart hesablarında yaranmış müvəqqəti texniki məsələ tam aradan qaldırılıb. Hesab balansları bərpa olunub və bütün xidmətlər normal rejimdə fəaliyyət göstərir.

“Yaranmış vəziyyət Azərikard Prosessinq Mərkəzinin xidmət göstərdiyi bir sıra banklarda banklararası hesablaşma fayllarının emalı zamanı yaranmış texniki nasazlıq nəticəsində bəzi əməliyyatların müvəqqəti təkrar əks olunması ilə bağlı idi. Məsələ operativ şəkildə aradan qaldırıldı və bütün hesablar tam bərpa edildi.

Bu müddətdə ABB mobile tətbiqinə eyni vaxtda çoxsaylı müraciətlər səbəbindən bəzi istifadəçilərimiz tətbiqdə müvəqqəti yubanma və giriş çətinliyi ilə üzləşmişdilər. Hazırda tətbiq də tam normal rejimdə xidmətinizdədir”.

Bankın açıqlamasında vurğulanır ki, baş vermiş insident texniki xarakter daşıyıb, hər hansı kiberhücum cəhdi və ya məlumat təhlükəsizliyi pozuntusu ilə bağlı olmayıb. Müştərilərin vəsaitləri və fərdi məlumatları hər zamankı kimi tam təhlükəsiz şəkildə qorunub.

“Yaranmış narahatlığa görə üzr istəyir, göstərdiyiniz anlayış və təmkinli davranışa görə Sizə dərin təşəkkürümüzü bildiririk” – deyə ABB-nin açıqlamasında bildirilir: “Müştərilərimizə təqdim etdiyimiz rəqəmsal xidmətlərimizin dayanıqlılığının və etibarlılığının daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik. Etimadınız bizim üçün ən böyük dəyərdir! Doğma bankınıza hər zaman güvənə bilərsiniz!”(modern.az)