• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.1° Weather Columbus
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Maqazin

Namiq Məna qızının ailəsi ilə birlikdə qəzaya düşməsindən danışdı: “Kürəkəninimin məsuliyyyətsizliyi…”

05 Yanvar, 26 / 22:00
A A

Tanınmış meyxana ustası Namiq Məna Quba rayonunda yağan qar səbəbi ilə qızının ailəsi ilə birlikdə qəzaya düşməsi barədə hadisənin təfərrüatlarını açıqlayıb.

Cagdas.az bildirir ki bu barədə Pravda.az-a danışan N.Məna deyib ki, yayılan xəbərlər şişirdilməyib, doğrudur.

Onun sözlərinə görə, təbiət hadisəsindən heç kim sığortalanmayıb: “Şıltaq qış ayı özünü büruzə verir. Quba dağlarında qış sərt keçir. Hadisə olan vaxt mənfi beş-altı dərəcə şaxta olub. Qızım ailəsi ilə birlikdə avtomobildə getdikləri yerdə maşın yerində iki-üç dəfə fırlanıb və dərədən aşağı yuvarlanıb. Bunu sürücü məsuliyyətsizliyi, səriştəsizliyi, səhlənkarlığı kimi dəyərləndirirəm. Sürücü öz kürəkənim olub. Quba yolları bir az ona yaddır. Bir müddət Rusiyada yaşayıb. Oranın buzlu, şaxtalı yolları ilə bizim yolların ciddi fərqi var. Düşünüb ki, sürmək olar. Həmin yolda sərt döngələr var. Hadisə axşam saat 19:00-20:00 radələrində baş verib. Həmin saatlar artıq havanın soyuyan vaxtıdır. Buz qatı daha da sərtləşir. Kürəkənimdə özünə arxayınçılıq olub ki, sərt döngələrdə manevr edə bilər. Nəticəsi isə belə oldu. Şükür Allaha, ciddi xəsarət alan olmayıb. Maşın dərəyə yuvarlananda təkər gicitkən kollarına ilişib və partlayıb, nəticədə dayanıb. Yoxsa yuvarlanıb dərədən aşardı, ciddi fəsad törədə bilərdi. Allahın hər anına şükürlər olsun, yəqin, məsləhət belə imiş. Sarsıntı keçiriblər, amma təkrar deyirəm, ciddi xəsarət almayıblar. Nəvəmin 12 yaşı var. Sanki hadisə olacağını əvvəlcədən duyub. Planşetlə hadisəni çəkib. Deyirəm ki, niyə sona qədər çəkməmisən? Həmin vaxt onu bir az güldürdüm. Dedi ki, baba, planşet əlimdən yerə düşdü, yoxsa sona qədər çəkəcəkdim. Soruşdum ki, qorxmamısan? Dedi ki, yox. Bildirdim ki, qorxmaq lazım deyil, hadisədən heç kim sığortalanmayıb. Həmin an maşının içində sıxışıb qalmışdılar. Ürək-dirək verirdim. Belə ciddi hadisələr olanda hər zaman soyuqqanlı yanaşıram, amma inanın, bir neçə gün keçib, dünəndən görüntülərə yenidən baxıram, indi daha çox təsir edir. Doğrudan da, böyük bəladan qurtarıblar. Hamımız dünyada qonağıq. Sadəcə, hər zaman Allaha əl açıb diləmişəm ki, heç bir ailəni övladla sınağa çəkməsin, çünki övlad insanı düşmən qapısına da aparar. Bilirik ki, valideynlərimiz zamanında bizə görə nə qədər əzab çəkiblər. İnsan valideyn olmayana qədər bunu dərk edə bilmir. Qonaqpərvər, cəsarətli Quba camaatına təşəkkürümü bildirirəm. Hadisə anında dərhal kənd camaatı öz dəstəyini göstərib. Təvazökarlıqdan, təkəbbürlülükdən uzaq olaraq demək istəyirəm ki, mənim övladım olduğunu bildiklərində çox ciddi şəkildə isti münasibət göstərərək yardım ediblər. Ümumiyyətlə, son iki-üç gün ərzində telefonum susmayıb, zənglər səngimir. Xalqımıza minnətdarlığlmı bildirirəm, bayramlarını təbrik edirəm. Bu sevgiyə görə sonsuz təşəkkür edirəm. Xalqımızın nə qədər diqqətcil olduğunu bir daha gördüm. Tanıdığım, tanımadığım insanlar zəng etdilər. Keçirdikləri narahatlıq məni çox duyğulandırdı. Bunu sənət adamına göstərilən yüksək qayğı və diqqət kimi dəyərləndirirəm. Mətbuatımıza da sonsuz təşəkkür edirəm ki, hadisəni şişirdilmiş formada yazmadılar, olan hadisəni düzgün işıqlandırdılar”.
 

Bənzər Xəbərlər

Maqazin

7 yaşlı uşağın Kıvança yaşatdığı çətin anlar – Video

İyun 19, 2026
Maqazin

Mahsun Kırmızıgül Bakıda toyda oxudu – VİDEO

İyun 15, 2026
Maqazin

Şou-biznes ulduzlarının fantastik toy qiymətləri – Siyahı

İyun 7, 2026
Maqazin

1 porsiya yeməyə 43 min verdi – VİDEO

May 26, 2026
Maqazin

İbrahim Tatlısəsin son halı gündəm oldu

May 22, 2026
Maqazin

“Üzüklərin hökmdarı” serialının 3-cü mövsümü olan “Güc üzükləri”nin yayım tarixi AÇIQLANDI

May 12, 2026

XƏBƏR LENTİ

Balkanlarda hərbi gərginlik artır – Vuçiçdən gözlənilməz qərar

28 İyun, 26 / 21:09

Müctəba Xamenei xalqa müraciət etdi: iki liderə ultimatum göndərdi

28 İyun, 26 / 20:40

Şamaxıda torpaq sürüşməsi: Yollar yararsız hala düşdü — VİDEO

28 İyun, 26 / 20:02

Həftənin ilk iş günü hava belə olacaq - PROQNOZ

28 İyun, 26 / 19:28

Arıqlamaq istəyənlərə şad xəbər - Cəmi 7 gün limonu belə yeyin

28 İyun, 26 / 18:59

TƏCİLİ! Medvedevdən Ermənistanla bağlı ŞOK: Ordu yeridilə bilər

28 İyun, 26 / 18:22

Bu imtahan təxirə salındı - DİM-dən XƏBƏRDARLIQ

28 İyun, 26 / 17:54

Qrip kimi görünür, amma ölümcül ola bilər – Həkimlərdən XƏBƏRDARLIQ

28 İyun, 26 / 17:29

Əsgər gedəcəklərin DİQQƏTİNƏ: İyulun 1-dən...

28 İyun, 26 / 17:10

Ukrayna kəşfiyyatı Rusiyanın gizlətdiyi məqamları ifşa etdi – İnanılmaz

28 İyun, 26 / 16:52
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.