• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24° Weather Columbus
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Narkomaniyanın qarşısını necə almaq olar? – Çıxış yolları AÇIQLANDI

26 İyun, 26 / 18:44
A A

Son dövrlər narkomaniya cəmiyyətimizin ən ciddi problemlərindən birinə çevrilib. Bu bəla təkcə fərdləri deyil, bütöv ailələri məhv edir, gənclərin, qadınların həyatını, gələcəyini qaranlığa sürükləyir.

Bəs narkomaniya ilə mübarizədə nələrə diqqət etməliyik?

Referans Media xəbər verir ki ,Globalinfo.az-a danışan narkomaniya üzrə ekspert Emil Maqalov deyib ki, bəzi insanlar narkotikin nə olduğunu bilmədən və ya sosial şəbəkələrdə onun dolayı yolla təbliğini görərək maraq üçün sınamaq istəyirlər:

“Təəssüf ki, bir neçə istifadədən sonra psixoloji və fiziki asılılıq yaranır. Bundan sonra isə insan narkotikdən artıq zövq üçün deyil, ağır fiziki və psixoloji əzabları azaltmaq üçün istifadə etməyə məcbur qalır. Belə şəxslərin müalicəsi kompleks şəkildə aparılmalıdır. İlk növbədə fiziki detoks prosesi keçməli, daha sonra isə ən azı altı ay davam edən psixoloji reabilitasiya almalıdırlar. Lakin bu müalicə həm maddi, həm də mənəvi baxımdan çox ağırdır. İnsan əlində olan bütün vəsaiti, hətta evindəki əşyaları belə sataraq növbəti dozanı əldə etməyə çalışır. Çünki artıq söhbət xəstəlikdən gedir”.

Ekspert qeyd edib ki, son illərdə Azərbaycanda narkotiklə bağlı müəyyən müsbət dəyişikliklər müşahidə olunur:

“Küçələrdə, bloklarda və digər ictimai yerlərdə əvvəllər daha çox rast gəlinən mənzərələr indi əvvəlki qədər nəzərə çarpmır. Bu, görülən tədbirlərin müəyyən nəticə verdiyini göstərir. Ancaq əsas diqqət yeniyetmə və gənclərə yönəldilməlidir. Məktəblərdə və digər təhsil müəssisələrində onların dilini bilən, onlarla düzgün ünsiyyət qurmağı bacaran mütəxəssislər tərəfindən davamlı maarifləndirmə aparılmalıdır. Bu tədbirlər formal xarakter daşımamalı, sadəcə hesabat və ya şəkil çəkdirmək naminə keçirilməməlidir. Çünki narkomaniya hər bir ailənin qapısını döyə biləcək ciddi sosial bəladır”.

Emil Maqalovun fikrincə, valideynlərlə iş də gücləndirilməlidir:

“Bəzən valideynlər işlə məşğul olduqları üçün, bəzən isə kifayət qədər məlumatlı olmadıqları üçün övladlarını vaxtında düzgün yönləndirə bilmirlər. Məktəb psixoloqlarının, tərbiyə işləri üzrə direktor müavinlərinin fəaliyyəti gücləndirilməli, onların əmək şəraiti və motivasiyası yaxşılaşdırılmalıdır. Bu sahəyə lazımi diqqət yetirilsə, problemin qarşısının alınmasına əhəmiyyətli töhfə vermək mümkündür. Mən uzun illər ərzində Türkiyə, Gürcüstan və Rusiyada bu istiqamətdə aparılan işlərlə tanış olmuşam və görmüşəm ki, sistemli maarifləndirmə həqiqətən də nəticə verir”.

Ekspert problemin tam həllinin olmadığını deyib:

“Dünyanın elə bir ölkəsi yoxdur ki, narkotik problemi ilə üzləşməsin. Ən inkişaf etmiş dövlətlərdə belə həm narkotik dövriyyəsi, həm də narkotikdən asılı insanlar mövcuddur. Azərbaycan da bu baxımdan istisna deyil. Əsas məqsəd bu bəlanın yayılmasının qarşısını almaq, asılı insanların sayını azaltmaq və onları yenidən sağlam həyata qaytarmaq olmalıdır. Ölkədə narkomaniya əvvəlki illərlə müqayisədə təxmini 30 faiz azalıb. İşlər davam etdirilsə, bir o qədər də azala bilər”.

Bənzər Xəbərlər

Cəmiyyət

Beş yüz min ev üçün ümid – Nəhəng problem həll olunur?

 

İyun 26, 2026
Cəmiyyət

Hövsanda söküntü başladı: Sürət qatarı keçəcək

İyun 26, 2026
Cəmiyyət

Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA

İyun 26, 2026
Cəmiyyət

Çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

İyun 26, 2026
Cəmiyyət

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

İyun 26, 2026
Cəmiyyət

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

İyun 26, 2026

XƏBƏR LENTİ

Beş yüz min ev üçün ümid – Nəhəng problem həll olunur?

 

26 İyun, 26 / 19:50

Hövsanda söküntü başladı: Sürət qatarı keçəcək

26 İyun, 26 / 19:34

Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA

26 İyun, 26 / 19:17

Azərbaycanlı qadın Türkiyədə HƏBS olundu

26 İyun, 26 / 19:00

Narkomaniyanın qarşısını necə almaq olar? – Çıxış yolları AÇIQLANDI

26 İyun, 26 / 18:44

Avropa İttifaqından Bakı və İrəvan haqda vacib AÇIQLAMA

26 İyun, 26 / 18:27

Türkiyəli deputat AŞPA-da Azərbaycanı müdafiə etdi

26 İyun, 26 / 18:20

Braziliya Vinisiusa görə FIFA-ya etiraz etdi

26 İyun, 26 / 18:11

Çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

26 İyun, 26 / 17:56

Prezidentin lizinqlə bağlı ÖNƏMLİ FƏRMANI - Nələr olacaq?

26 İyun, 26 / 17:40
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.