• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.4° Weather Columbus
$
1.7
€
1.9317
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

NATO-dan yeni xəbərdarlıq: Gələcəyin müharibələrini süni intellekt idarə edəcək

24 İyun, 26 / 12:46
A A

NATO nüvə silahlarının yaratdığı çəkindirici gücə rəqib ola biləcək yeni bir dövrə hazırlaşır.

Cagdas.az  xəbər verir ki, NATO-nun yüksək rütbəli komandanının sözlərinə görə, gələcəyin münaqişələrində süni intellekt tərəfindən idarə olunan minlərlə pilotsuz uçuş aparatından (PUA) ibarət “böyük sürülər” həlledici rol oynayacaq.

Rusiyanın 2022-ci ildə Ukraynanı işğal etməsindən sonra həm PUA, həm də süni intellekt texnologiyalarında böyük sıçrayış qeydə alınıb. NATO isə bu iki texnologiyanın birləşərək kütləvi miqyasda istifadəsinin yaradacağı təhdidlərə qarşı hazırlıqlarını sürətləndirib.

Avropada Müttəfiq Transformasiya Ali Komandanlığını (SACT) təmsil edən general-mayor Konstantin-Adrian Ciolponea müdafiə ittifaqının yaxın beş il ərzində bu yeni müharibə konsepsiyasına uyğunlaşmaq məcburiyyətində olduğunu bəyan edib.

“Daily Mail”in yaydığı məlumata görə, C.Ciolponea PUA-ların təkamülündə yeni bir mərhələyə qədəm qoyulduğunu bildirərək bu fikirləri səsləndirib:

“PUA-ların inkişafındakı növbəti mərhələ bir, iki və ya on-iyirmi aparatın deyil, tək bir nöqtədən, yəni istər insan, istərsə də yalnız bir PUA tərəfindən komanda verilən minlərlə PUA-nın yer aldığı sürü tipli hücumlar olacaq”.

Dünyanın müxtəlif qaynar nöqtələrində xidmət etmiş təcrübəli xüsusi təyinatlı zabit olan Ciolponea, süni intellekt dəstəkli PUA sürülərinin dağıdıcı gücünün nüvə silahları ilə müqayisə oluna biləcək səviyyəyə çatacağını vurğulayıb.

Bu təhlükəli inkişafı həm “qorxuducu”, həm də “güvənverici” adlandıran NATO komandanı qeyd edib ki, yeni nəsil hərbi texnologiyalar mövcud doktrinaları alt-üst edəcək:

“Quru, hava və dənizdə inteqrasiya olunmuş robotlaşdırılmış və avtonom sistemlərə qarşı müdafiə təşkil etmək çox daha çətindir. Bu sistemlər kütləviliyi və dəqiqliyi birləşdirərək mövcud hərbi təfəkkürə meydan oxuyur”.

Süni intellektli sürü texnologiyalarının təcavüzkar dövlətlərə qarşı çəkindirmə qabiliyyətini artıracağını qeyd edən general mövcud güc balansının dəyişdiyinə diqqət çəkib:

“Təcavüzkar dövlətlərə qarşı çəkindirmə daha da güclənə bilər, çünki ənənəvi hərbi hesablamaların hamısı artıq sıfır cəmli oyuna çevrilib”.

NATO komandanı sonda xəbərdarlıq edib ki, gələcəkdə bu texnologiyanı inkişaf etdirə bilməyən ölkələr ciddi təhlükəsizlik problemləri ilə üzləşəcəklər. Onun sözlərinə görə, belə sürü texnologiyasına sahib olmayan dövlətlər ya hansısa təhlükəsizlik təşkilatına (alyansa) qoşulmaq, ya da təcavüzkar tərəfin şərtlərini qəbul etmək məcburiyyətində qalacaqlar.(sfera.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR

İyun 24, 2026
Cəmiyyət

Bakının bu ərazilərində işıq olmayacaq

İyun 24, 2026
Cəmiyyət

İş günü qısaldılacaq – Bu tarixdə

İyun 24, 2026
Cəmiyyət

Bakı-Naxçıvan reysləri ləğv edildi – SƏBƏB

İyun 24, 2026
Cəmiyyət

Azərbaycanda dollara tələb kəskin azalıb – RƏQƏMLƏR

İyun 24, 2026
Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

İyun 24, 2026

XƏBƏR LENTİ

Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR

24 İyun, 26 / 14:08

Əfsanələrə ilham verən qədim şəhər Troya – FOTOLAR  

 

24 İyun, 26 / 14:06

Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır - FOTOLAR

24 İyun, 26 / 13:57

Bakının bu ərazilərində işıq olmayacaq

24 İyun, 26 / 13:55

Türkiyənin ən gözəl  turizm kəndlərinın adı açıqlandı - FOTOLAR

24 İyun, 26 / 13:48

İş günü qısaldılacaq – Bu tarixdə

24 İyun, 26 / 13:42

Bakı-Naxçıvan reysləri ləğv edildi – SƏBƏB

24 İyun, 26 / 13:35

Azərbaycanda dollara tələb kəskin azalıb – RƏQƏMLƏR

24 İyun, 26 / 13:28

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

24 İyun, 26 / 13:18

Mərkəzi Bankdan inflyasiya xəbərdarlığı: Xarici risklər artır

24 İyun, 26 / 13:14
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.