• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.6° Weather Columbus
$
1.7
€
1.9512
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Naxçıvanda geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq – Prezident

22 Sentyabr, 26 / 18:15
A A

Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq.

Cagdas.az xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə “2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bildirib.

“Orada da vaxtilə, – sovet dövrünü nəzərdə tuturam, – və son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmayıb. Ona görə orada da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Biz işimizi iki istiqamət üzrə qururuq. Birincisi, dövlət xətti ilə. “AzerGold” şirkəti bu məsələləri həll edəcək. İkincisi, özəl sektorun iştirakı ilə. Bu sahə özəl sektor üçün də açıqdır və mövcud olan kontraktlar da icra edilir. Əgər dediyim o xarici tərəfdaşlar tərəfindən aparılan geoloji kəşfiyyat işləri nəticə verərsə, təbii ki, xarici investorlar da iştirak edəcəklər. Biz bunu alqışlayırıq. Çünki bu, yenə də deyirəm, çox maliyyətutumlu sahədir və burada əhəmiyyətli dərəcədə yeni qızıl, mis, molibden yataqları aşkarlanarsa, onda bütün sikl – zənginləşdirmə və emal zənciri yaradılmalıdır. Çünki əgər əhəmiyyətli dərəcədə aşkarlanarsa, bu resursları sadəcə olaraq filiz kimi dünya bazarlarına çıxarmaq səhv olar”, – deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı əlavə edib ki, növbəti istiqamət Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağıdır: “Bu yataq qeyd etdiyim kimi, çox perspektivlidir və artıq bir neçə ildir ki, “AzerGold” şirkəti bu yatağın istismara hazırlanması ilə bağlı işlər görür. Hesab edirəm ki, tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalıdır və yekun investisiya qərarı da qəbul edilməlidir. Mən hesab edirəm ki, “AzerGold” bu yatağın 100 % səhmdarı olmalıdır. İstismar getdikcə təbii ki, bu yatağın qiyməti də, dəyəri də qalxacaq. Onda biz baxa bilərik. Ola bilər, müəyyən faiz səviyyəsində, – əgər maraq olarsa, mən əminəm ki, olacaq, – xarici investorlar da bu yatağa cəlb oluna bilər”.

Bənzər Xəbərlər

Cəmiyyət

Ermənilər Laçından çıxanda… – Prezident o gülməli hadisədən danışdı

Sentyabr 22, 2026
Cəmiyyət

Bakı BMT tribunasından dünyaya nə deyəcək? – Azərbaycanın 3 əsas mesajı

Sentyabr 22, 2026
Cəmiyyət

Diplomatların səfərinə etirazın pərdəarxası – Paşinyan yeni oyuna başlayır

Sentyabr 22, 2026
Cəmiyyət

Prezident dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

Sentyabr 22, 2026
Cəmiyyət

İlham Əliyev: Ehtiyat generasiya gücləri böyükdür

Sentyabr 22, 2026
Cəmiyyət

Prezident tapşırıq verdi: Proqram 4 ilə tam icra edilməlidir

Sentyabr 22, 2026

XƏBƏR LENTİ

Ermənilər Laçından çıxanda… – Prezident o gülməli hadisədən danışdı

22 Sentyabr, 26 / 18:27

Naxçıvanda geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq – Prezident

22 Sentyabr, 26 / 18:15

Bakı BMT tribunasından dünyaya nə deyəcək? – Azərbaycanın 3 əsas mesajı

22 Sentyabr, 26 / 18:02

Diplomatların səfərinə etirazın pərdəarxası – Paşinyan yeni oyuna başlayır

22 Sentyabr, 26 / 17:48

Prezident dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

22 Sentyabr, 26 / 17:34

İlham Əliyev: Ehtiyat generasiya gücləri böyükdür

22 Sentyabr, 26 / 17:22

Prezident tapşırıq verdi: Proqram 4 ilə tam icra edilməlidir

22 Sentyabr, 26 / 17:09

Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək

22 Sentyabr, 26 / 17:08

İngiltərədə Məhəmməd Salah üsyanı: "Bizə yalan danışdılar!"

22 Sentyabr, 26 / 16:57

Nvidia CEO-su: "Süni intellektin 2030-cu ilə qədər dünyanın sonunu gətirmə ehtimalı sıfırdır"

22 Sentyabr, 26 / 16:43
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.