Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Nazir: 8000 müəllimin müqaviləsinə xitam verilib

Cəmiyyət

Səkkiz min müəllimlə müqaviləyə xitam verilib.

Cagdas.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmirullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunların təqribən 4500-ü ibtidai təhsil, 1000-i isə Azərbaycan dili müəllimidir.

Nazir bildirib ki, müəllimin əsas vəzifəsi Azərbaycan dilini şagirdə mükəmməl şəkildə tədris etməkdir. “Dilin öyrədilməsi ilə bağlı bünövrədə düzgün tədris etmədikdə şagirdlərin başqa bacarıqların əldə edilməsində də problem yaranır”, – o vurğulayıb.

Əmrullayev onu da əlavə edib ki, dövlət dilinin məktəblərdə tədrisində yaranan əsas problemlərdən biri də bu sahədə tədqiqatın olmamasıdır. “Sanballı tədqiqatların olmaması isə keyfiyyətli və yaxşı dərsliklərin hazırlanmasına da təsir edir”.