Son dəqiqə
4 oktyabrda bizi nələr gözləyir? – ULDUZ FALI Nazir təhsil işçilərini təltif etdi – SİYAHI Daha bir qurumda yoxlamalar başladı – rəhbər vəzifəsindən azad edildi Azərbaycanda ən çox və ən az pul yatırılan RAYON VƏ ŞƏHƏRLƏR Kürün qədim ana yatağının izləri üzə çıxdı – FOTOLAR Ərdoğan Şanlıurfada Azərbaycan bulvarının açılışında iştirak etdi Kiyevə hücumun qisası alındı: Rusiya daxilində kritik hərbi obyektlər VURULDU İran yenidən bombalanacaq – Tehran böyük hücuma hazırlaşır Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? – AÇIQLAMA
Reklam
Reklam

Nazirlər Kabineti bu qərarda dəyişiklik edib: Bu şərtlər tələb OLUNACAQ

İqtisadiyyat

Nazirlər Kabineti “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in təsdiq edilməsi haqqında” 8 may 2006-cı il tarixli qərarında dəyişiklik edib.

Cagdas.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının dövriyyəsinə (satışına, idxalına və ixracına münasibətdə) tələb olunan əlavə şərtlər müəyyənləşib. Bunlar, aşağıdakılardır:

satışına (idxal edilən döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatı istisna olmaqla):

– istehsal prosesinin məmulatın texnoloji sənədlərinə uyğun qurulması;

– texnoloji və konstruktor sənədlərinin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;

– texniki şərtlərin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;

– istehsal prosesinin ərizəçi tərəfindən həyata keçirilən mərhələlərinin adı və təsviri barədə məlumat.

Bundan başqa, döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatın ehtiyat hissələrinin dövriyyəsinə tələb olunan əlavə şərtlər aşağıdakı kimi müəyyən edilib:

satışına (döyüş təyinatlı hərbi texnika, hərbi silah və sursatın idxal edilən ehtiyat hissələri istisna olmaqla):

– istehsal prosesinin məmulatın texnoloji sənədlərinə uyğun qurulması;

– texnoloji və konstruktor sənədlərinin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;

– texniki şərtlərin normativ hüquqi aktların tələblərinə və standartlara uyğun olması;

– istehsal prosesinin ərizəçi tərəfindən həyata keçirilən mərhələlərinin adı və təsviri barədə məlumat.