Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Nazirlik milyonluq tenderləri bu şirkətə verdi

Cəmiyyət
Azərbaycanın bir sıra məktəbəqədər təhsil müəssisələrində abadlıq, təmir və kommunal-kommunikasiya işləri aparılacaq.

Cagdas.az-ın əldə etdiyi xəbərə görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.

İdarə “Fərid” Firması ilə 15 mln 357 min manatlıq 2 müqavilə bağlayıb.

Xatırladaq ki, Nazirlik bir müddət əvvəl də təmir və kommunal-kommunikasiya işləri ilə bağlı “Fərid” Firması ilə 2 ədəd – 6 mln 333 min 533 və 6 mln 458 min 271 manat məbləğində müqavilə imzalayıb.

Qeyd edək ki, “Fərid” Firması 1999-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi İbrahimov Qubad Kərəm oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Əhmədli ştq, Əhmədli dön.1-4, ev.9, m.12, nizamnamə kapitalı 100 manatdır.\ölkə.az\