Son dəqiqə
Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq

Nazirlik şad xəbəri elan etdi: 300 manat/ha artıq ödəniləcək

Cəmiyyət

Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda aqrar emal sənayesinin xammal təminatının yaxşılaşdırılması məqsədilə yeni məhsul subsidiyaları tətbiq ediləcək.

Cagdas.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Emal müəssisəsinə təhvil verilən texniki üzümə 50 manat/ton, zeytuna 30 manat/ton, xurmaya 50 manat/ton və taxta qabıqlı badama 30 manat/ton subsidiya müəyyən edilib.

Efir yağı istehsalı üçün təhvil verilən qızılgül üzrə subsidiya 100 manat/ton, biyan üzrə 10 manat/ton, pivəlik arpa üzrə isə 50 manat/ton təşkil edəcək.

Ərzaqlıq buğda proqramı davam etməklə birlikdə buğda üzrə ixtisaslaşmış 22 rayonda lazer hamarlama tətbiq edilən sahələrdə istehsal edilərək dəyirmanlara təhvil verilən buğdaya görə 40 AZN/ton məhsul subsidiyası ödəniləcək. Naxçıvan MR üzrə tədarükçülərə təhvil verilən buğdaya görə 50 AZN/ton məhsul subsidiyası ödəniləcək.

Yerli toxumçuluğun inkişafı məqsədilə super-elit toxum istehsal edən toxumçu fermerlərə əkin subsidiyası yüksək əmsalla ödəniləcək. Yerli super-elit buğda və arpa toxumçularına əkin subsidiyası 470 manat/ha, xarici mənşəli super-elit buğda və arpa toxumçuluğuna isə 300 manat/ha artıq ödəniləcək.

Bununla yanaşı, buğda və arpa üzrə sertifikatlı toxumdan istifadə tələbi 5 hektara endirilib. 2026-2027-ci əkin mövsümündə sertifikatlı toxum istifadə etməyən belə fermerlərin əkin subsidiyası 50 faiz azaldılacaq, 2027-2028-ci əkin mövsümündə isə belə fermerlər üçün subsidiya əmsalı sıfır qəbul ediləcək.\referans media\