Son dəqiqə
Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub Prezidentin 1 həftəsi… – VİDEO

Nəqliyyatla bağlı yeni standartlar qəbul edildi

Cəmiyyət
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) dəmir yolu və avtomobil nəqliyyatı sahəsinə aid 61 yeni dövlət standartı qəbul edib.

Cagdas.az  AZSTAND-a istinadən xəbər verir ki, yeni dövlət standartlarının tətbiqində məqsəd nəqliyyat infrastrukturunun etibarlılığının artırılması, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitələrinin təsnifatı və terminologiyasının təkmilləşdirilməsi, yükdaşımalar zamanı yüklərin təhlükəsiz bərkidilməsinə dair tələblərin müəyyənləşdirilməsi, habelə texniki vasitələr, müvafiq sistemlər üzrə vahid tələblərin tətbiqi və beynəlxalq standartlara uyğunluğun təmin edilməsindən ibarətdir.

Dövlət standartlarının layihələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bazasında təsis edilən “Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 43) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.