• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21° Weather Columbus
$
1.7
€
1.9784
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Netanyahu “darmadağın edəcəyik” dedi – Bakı Türkiyəyə görə hərəkətə keçə bilər

10 Sentyabr, 26 / 14:14
A A

İsrailin Baş naziri Benyamin Netenyahu Suriyanın Qolan yüksəkliklərində yerləşən Hermon dağına səfəri zamanı İranı darmadağın edəcəklərini açıqlayıb. O, növbəti dəfə bildirib ki, Tehranda hakimiyyət dəyişikliyi edəcəklər. İranın hakimiyyət dəyişikliyi sıradan proses sayılmır. 50 ilə yaxın formalaşmış sistemin dağılmasından, yerində yenisinin yaradılmasından söhbət gedir. Bu proses sadəcə siyasi deyil və artıq icrasına başlanılıb.

Son 6 aylıq proseslərin təhlili göstərir ki, ABŞ və İsrail İranı işğal etmək istəmir. İraqda olduğu kimi, hakimiyyəti dəyişməklə orda nəzarəti ələ almağa çalışır. İlk olaraq göz önünə şiəlik faktoru gəlir.

İranda hakimiyyət dəyişikliyi, sistem yenilənməsi baş verərsə, şiə mərkəzləri, dini qruplar hara sığınacaq? Onlar ətraf ölkələrdəki, o cümlədən Azərbaycandakı gizli-aşkar mərkəzlərə, agentlərə hansı təlimatı verəcəklər? Bir sözlə, Azərbaycan bu prosesdən ziyan görəcək, yoxsa daha uyğun perspektivlər çıxacaq qarşısına?

Çağdaş.Az xəbər verir ki, globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Benyanim Netanyahu parlament seçkisinə hazırlaşır:

“Buna görə, onun son açıqlamaları məhz parlament seçkilərinə köklənib. Netanyahu seçkidə İsraildəki bütün mühafizəkarların səsini qazanmaq və bu yolla hakimiyyətini uzatmaq. Baş nazir bu məqsədlə ritorikasını sərtləşdirib. Birincisi, Benyamin Netanyahu Qəzza məsələsində güzəştə getməyəcəyini bildirib, hətta Vaşinqtonun planının mübahisəli olduğuna işarə edib. İkincisi, Netanyahu Türkiyə əleyhinə açıqlamaların sayını artırıb. Üçüncüsü, İsrailin baş naziri İranda rejim dəyişikliyi mövzusunu yenidən aktuallaşdırıb. Netanyahu qələbə qazanarsa, bu ritorikasından imtina etməyəcək.

Qəzza problemi həll olunmadan Yaxın Şərqdə sabitlik bərqərar olmayacaq. Bölgədə sabitlik birinci növbədə İsrailin özünə lazımdır ki, təhlükəsizliyini təmin edə bilsin. Bunun üçün isə gec və ya tez Fələstinin müstəqilliyini tanımaq zəruridir. Ancaq nə qədər ki, Benyamin Netanyahu və mühafizəkarlar hakimiyyətdədirlər, İsrailin Fələstinin müstəqilliyini tanıması mümkün deyil. Netanyahu və onun hökumət üzvlərinin onsuz da münasibətləri qəliz olan Türkiyə əleyhinə açıqlamaları bölgədə vəziyyəti daha da gərginləşdirib.

Türkiyə Avrasiya bölgəsinin aparıcı dövlətlərindən biridir. Netanyahu Türkiyə ilə münasibətlərdə qırmızı xətti keçərsə, adekvat cavabını alacaq. Bu halda Azərbaycan strateji müttəfiqinin yanında olacaq. Netanyahunun İranla bağlı söylədikəri də özünü doğrultmayıb. İsrail ABŞ-la birgə İrana qarşı müharibədə iştirak etdi. Başlıca məqsəd İranda rejimin çöküşünü sürətləndirmək idi. Bu baş vermədi, əksinə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) fürsətdən istifadə edərək İranın bütün strukturlarına nəzarəti gücləndirdi. Bunun İran xalqına daha böyük zərəri oldu. İranda rejim içəridən dəyişməlidir. Xarici müdaxilə nəticəsində rejim dəyişikliyinin İraq nümunəsi faciəli oldu. Azərbaycan qonşuluğunda oxşar faciənin yaşanmasını istəmir”.

Bənzər Xəbərlər

Dünya

Türkiyənin mütləq görülməli gölləri – Sentyabrda kəşf ediləcək 10 möhtəşəm məkan

Sentyabr 10, 2026
Dünya

Rusiya postsovet ölkəsinə hücuma hazırlaşır? – Nazirdən cavab

Sentyabr 10, 2026
Dünya

Rusiyada yaşayan azərbaycanlıların nəzərinə! – Putin tapşırıq verdi

Sentyabr 10, 2026
Dünya

İranla döyüşdə öldülər, ailələrinə "qanpulu" verilmir – Pentaqondan qəribə səbəb

Sentyabr 9, 2026
Dünya

Polis çatana kimi oğrular aradan çıxdı - 9 milyon avroluq "tarixi" qarət / FOTO

Sentyabr 9, 2026
Dünya

Minlərlə rus 5 ölkəyə girəcək – Tarix verildi, siyahıda Azərbaycan da var

Sentyabr 9, 2026

XƏBƏR LENTİ

İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı dövründə İƏT qətiyyətli mövqe nümayiş etdirib

10 Sentyabr, 26 / 14:57

Türkiyənin mütləq görülməli gölləri – Sentyabrda kəşf ediləcək 10 möhtəşəm məkan

10 Sentyabr, 26 / 14:54

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibini təbrik edib

10 Sentyabr, 26 / 14:42

Əli Əsədov qərar imzaladı

10 Sentyabr, 26 / 14:29

Netanyahu “darmadağın edəcəyik” dedi – Bakı Türkiyəyə görə hərəkətə keçə bilər

10 Sentyabr, 26 / 14:14

Çörək bu qədər bahalaşa bilər - Qlobal buğda qiymətlərində artım

10 Sentyabr, 26 / 13:58

İlham Əliyev Qaradağda... - FOTOLAR

10 Sentyabr, 26 / 13:43

Güclü yağıntılar gəlir, şimşək çaxacaq

10 Sentyabr, 26 / 13:28

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi : Ölənlər var - FOTO

10 Sentyabr, 26 / 13:13

Velosipedçilərə xəbərdarlıq: Avtobus zolağına girsəniz...

10 Sentyabr, 26 / 12:59
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.