“Rusiyanın Estoniyaya qarşı genişmiqyaslı hücumu ehtimalı azdır”.
Referans Media xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna deyib.
“Biz vəziyyəti diqqətlə izləməli, istənilən real təxribata hazır olmalıyıq. Lakin NATO-ya qarşı genişmiqyaslı hərbi təcavüz? Rəqəmlər üst-üstə düşmür”, – deyə Tsaxkna bildirib.
Bununla yanaşı, nazir Rusiya hakimiyyətini Avropada müxtəlif hücumlar, sabotajlar və təxribatlar təşkil etməkdə ittiham edib.
O qeyd edib ki, bütün bunlar, eləcə də Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının NATO ölkələrinin ərazisinə daxil olması ilə bağlı insidentlər Avropanı Kiyevə dəstəyi ikiqat artırmağa sövq etməlidir.
“İstənilən hücuma cavab verməliyik. Söhbət Rusiyaya gedib nəyisə partlatmaqdan getmir, söhbət sanksiyalar səviyyəsində cavab verməkdən gedir”, – deyə Tsaxkna vurğulayıb./Globalinfo.az/
Əliyar Xəlil
















