Son dəqiqə
Ermənilər Nəsimi Musayevi bıçaqlayan qadından “qəhrəman” düzəldirlər Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir – Prezident Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək – Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış edirlər Azərbaycanda vergi ödəyicilərinin sayı artıb Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandum təsdiqlənib Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub
Reklam
Reklam

Nikol Paşinyan: “Bütün ermənilərin katolikosu Eçmiədzini tərk etməlidir”

Dünya

“Ktriç Nersisyanın (bütün ermənilərin katolikosu II Qareginin əsl adı və soyadı – red.) kilsə islahatında iştirak etməsi üçün bütün imkanları tükənib, o, sadəcə qədim və müqəddəs Eçmiədzini tərk etməlidir”.

Cagdas.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan jurnalistlərlə söhbətində bəyan edib.

O vurğulayıb ki, Erməni Apostol Kilsəsinin istənilən ardıcılı Eçmiədzinin azad olunması işində iştirak edə bilər. Paşinyan fikrinə aydınlıq gətirərək bildirib ki, bu, Ermənistanın bütün vətəndaşlarına aiddir.

“Biz islahat yolu ilə getməliyik, bunsuz heç bir məsələ həll edilə bilməz. Mən bu yolla getməyə hazır olan hər kəsi alqışlayıram”, – deyə o əlavə edib.

Paşinyan bəyan edib ki, bütün ermənilərin katolikosunun dürüstlük prosedurundan keçməsi çox əhəmiyyətlidir./Oxu.az/