Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə yola salınan növbəti köç karvanları Xocalı şəhərinə çatıb.
Bu mərhələdə Xocalının Badara kəndinə 16 ailə – 59 nəfər, Xanabad kəndinə 10 ailə – 46 nəfər, Təzəbinə kəndinə 3 ailə – 15 nəfər, Xanyurdu kəndinə isə 4 ailə – 25 nəfər qayıdışı təmin edilib.
Ailəlıri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar
***
Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 33 ailədən ibarət növbəti köç karvanları yola salınıb.
Cagdas.az “Report”a istinadən xəbər verir ki, bu mərhələdə Badaraya 16 (59 nəfər), Xanabada 10 (46 nəfər), Xanyurduya 4 (25 nəfər), Təzəbinəyə isə 3 ailə (15 nəfər) köçürülür.
Qeyd edək ki, bununla da ümumilikdə Badaraya 105 (404 nəfər), Xanabada 98 (438 nəfər), Xanyurduya 137 (505 nəfər), Təzəbinəyə isə 163 ailənin (737 nəfər), daimi qayıdışı təmin edilib.
















