Son dəqiqə
AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO Məktəblərdə payız tətili başladı Qarşıdan elə hava gəlir ki… – Tarixdə cəmi 3 dəfə belə olub

Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? – RƏSMİ CAVAB

Cəmiyyət

Yeni övladı dünyaya gələn bəzi valideynlər sevincini bölüşmək üçün avtomobillərini müxtəlif stiker və bəzəklərlə bəzəmək istəyirlər. Lakin bu zaman istifadə olunan elementlərin yol hərəkəti təhlükəsizliyinə mane olub-olmaması məsələsi də gündəmə gəlir.

Redaksiyamızın “qaynar xətti”nə müraciət edən vətəndaş bildirib ki, maşını bu formada bəzəyib yola çıxan sürücülər 500 manat cərimə edilir.

Cagdas.az  xəbər verir ki, məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, avtomobilin dövlət qeydiyyat nişanının üzərini örtmək olmaz. Bu qaydanın pozulmasına görə 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur.

Bu da o deməkdir ki, bu cür bəzəklər üçün qanunvericilikdə cərimələr nəzərdə tutulmayıb.