Son dəqiqə

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

Cəmiyyət

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad edilib.

Cagdas.az  xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Uzun müddət hospitala rəhbərlik etmiş tibb xidməti polkovniki Elçin Abdullayev rəis vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Xəbəri rus dilində oxuyun: Уволен начальник “госпиталя Папанина”

“Papanin hospitalı” kimi tanınan Baş Klinik Hospitalın rəisi vəzifəsinə tibb xidməti polkovniki Vüqar Paşayev təyin edilib.