Son dəqiqə
Azərbaycanın AQEM-ə sədrliyinin müddəti daha 2 il uzadılıb Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib – Prezident Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI
Reklam
Reklam

Partiyalara ayrılan vəsait artırılsın! – Komitə sədri

Cəmiyyət

“Bizdə yerli özünüidarəetmə sistemi var. Adətən hər il bu sistemdə artımlar olurdu, dövlət tərəfindən dotasiyalar verilirdi. Məsələn, 2025-ci ildə dövlət tərəfindən 8 milyon manat dotasiya, 1 milyon 550 min manat isə subvensiya ayrılıb. Lakin 2026-cı il üçün bu sahədə artım nəzərdə tutulmayıb. Hesab edirəm ki, burada artımların əlavə olunmasına ehtiyac var”.

Cagdas.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzova deyib.

Komitə sədri qeyd edib ki, bəzi rayonlar, Xocavənd rayonu istisna olmaqla, dövlət dotasiyası almadan öz gəlirlərini toplamaqdadır.

Həmin rayonlarda toplanan gəlirlərin 50%-i rayonda qalır. Mən hesab edirəm ki, bu göstəricini 70%-ə qaldırmaq olar. Çünki vətəndaşlar müraciətlərini əsasən rayon icra hakimiyyətlərinə edirlər və köməklik də onlardan gözləyirlər. Ona görə də, yerli özünüidarəetmə sistemləri və  yerli icra hakimiyyətlərinə bu əlavələr olunsun”.

“Üçüncü məsələ siyasi partiyalarla bağlıdır. Bildiyiniz kimi, bu gün ölkədə dövlət maraqları çərçivəsində fəaliyyət göstərən partiyalar var. AXCP və Müsavat kimi vətənə xəyanət edən partiyalar istisna olmaqla, digər partiyalar dövlətlə birgə, vahid mövqedə çalışırlar. Bu baxımdan siyasi partiyalara ayrılan büdcənin də artırılması məqsədəuyğun olar”./Modern.az/