Son dəqiqə
Azərbaycan pasportu dünyada neçənci yerdədir? “WhatsApp”a iki yeni funksiya gəlir Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür 34 ildir kreslosunu qoruyur – Yaxın Şərqin dəyişməyən SPİKERİ Ərdoğanın sabiq baş müşaviri saxlanıldı QHT-lər üçün yeni qrant müsabiqəsi elan edildi COP31-ə geri sayım başladı: Antalya qlobal iqlim sammitinə hazırlaşır ABŞ İrana qarşı yeni əməliyyata hazırlaşır – Pentaqon qüvvələri bölgəyə yaxınlaşdırılır “Rusiya ilə Avropa arasında enerji əməkdaşlığı həmişə davam edəcək” – “Novatek” rəhbəri Bazarda artıq mayeləşdirilmiş təbii qaz istehsalı yoxdur — Novatek

Paşinyan Anna Akopyandan “AYRILDI”: səbəb seçkilərdir

Dünya

Baş nazir postunu tutan Nikol Paşinyan görünür ki, qarşıdan gələn seçkilərdə hər səs uğrunda ciddi mübarizə aparmalı olduğunu anlayıb və onun reytinqinə mənfi təsir göstərə biləcək bütün “balastlar”dan qurtulmağa çalışır.

Cagdas.az-ın Ermənistan mətbuatına istinadən xəbərinə görə, hamıya məlumdur ki, onun həyat yoldaşı Anna Akopyanın antireytinqi rekord həddə çatıb. Hazırda Ermənistanda hətta Lsikan və Şmays kimi şəxslər belə Anna Akopyandan daha çox qəbul edilir. Məhz buna görə seçki ilindən əvvəl Anna Akopyan erməni ictimaiyyətinin gözündən uzaqlaşdırılaraq Çinə göndərilib. Onun nə qədər az görünməsi Paşinyan üçün bir o qədər sərfəlidir.

Anna Akopyanın ictimai obrazını çox vaxt onun qardaşı, deputat Hraçya Akopyan mediada tez-tez görünməklə “yeniləyirdi”. Paşinyan bu məsələni də həll etməyə qərar verib və Hraçya Akopyanı seçki (PFP) siyahısına daxil etməyəcək. Bu barədə məlumatı Hraçya Akopyan dünən jurnalistlərə özü verib.

Görünür, Nikol Paşinyan seçkilər ərəfəsində Anna Akopyanla “ayrılmaq” qərarına gəlib və onunla bağlı neqativ təəssürat yaradan hər şeyi ictimaiyyətdən uzaqlaşdırmağa çalışır.