Son dəqiqə
Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür
Reklam
Reklam

Paşinyan: “Bu gündən bizi söyənlərə cavab verməyəcəyik” – İrəvanda “nəzakət qanunu”

Dünya

Ermənistan baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının İdarə Heyətinin yeni “Etika Qanunvericiliyi” qəbul etdiyini açıqlayıb.

Cagdas.az-ın xəbərinə görə, Paşinyan sosial şəbəkədə yazdığı paylaşımda bildirib ki, ölkənin siyasi atmosferinin formalaşmasında əsas məsuliyyət daşıyan hakim partiya bundan sonra öz davranış standartlarını daha yüksək səviyyəyə qaldırır.

Onun sözlərinə görə, qəbul edilən sənəd partiya üzvlərini siyasi polemikada təhqir, alçaltma və şəxsi hücumlardan uzaq qalmağa öhdələndirir. Paşinyan vurğulayıb ki, qarşı tərəfdən gələn təhqirlərə eyni üslubda cavab verilməməsi zəiflik deyil, yeni qəbul edilmiş etik qaydalara sadiqlik kimi qiymətləndirilməlidir.

Baş nazir bildirib ki, cəmiyyətin ictimai-siyasi həyatı daha çox fakta və arqumentə əsaslanan, qarşılıqlı hörmət, nəzakət, şəffaflıq və hesabatlılıq prinsiplərinə söykənən mühitə çevrilməlidir. O, siyasi mədəniyyətin yüksəldilməsi üçün ilk addımı iqtidar partiyasının atdığını qeyd edib./Musavat.com/