Son dəqiqə
“Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur – VİDEO
Reklam
Reklam

Paşinyan: “Ermənistanda bir nəfərlik idarəetmə yoxdur, hakimiyyət xalqa məxsusdur”

Dünya

Ermənistanda bir nəfərlik idarəetmə mövcud deyil; ölkədə hakimiyyət xalqa məxsusdur və xalq öz hökumətini azad seçkilər yolu ilə formalaşdırır. Bunu baş nazir Nikol Paşinyan brifinq zamanı bildirib.

Cagdas.az-ın Ermənistan mediasına itinadən verdiyi xəbərə görə, Paşinyan deyib ki, hökumət yeni Konstitusiya layihəsini xalqın müzakirəsinə çıxarmağı planlaşdırır və bununla da vətəndaşlara qərarvermə imkanı yaradılacaq. “Təbii ki, mən artıq bildirmişəm: yeni Konstitusiya qəbul edilərkən dövlətin inkişafı və dayanıqlılığı ilə bağlı gündəliyi nəzərə almaq və diqqət mərkəzində saxlamaq vacibdir”, – Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, Ermənistan Respublikasında xalq hakimiyyəti qarşısıalınmaz, sarsılmaz və şəksizdir və bütün proseslər bu kontekstdə formalaşdırılmalıdır.