Son dəqiqə
Paşinyan medianı məhkəməyə verdi – 11 min dollar tələb edir “Sabah”- “Barselona” oyunu ilə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul edib Müharibə veteranları məktəblərdə dərs deyəcəklər Şagirdlərə süni intellekt və dronlarla bağlı dərslər keçiriləcək Mətbuat Şurası jurnalistlərə xəbərdarlıq edib Diabet xəstələrinin həkim müayinəsi ilə bağlı qaydalar dəyişdi Taksidə bu qaydanı pozanlar 30 manat cərimələnə bilər FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi Sürüşmə təhlükəsi olan Badamdarda milyonluq əmlak QİYMƏTLƏRİ

Paşinyan medianı məhkəməyə verdi – 11 min dollar tələb edir

Cəmiyyət

Ermənistanın baş naziri Nikol Paşinyan Yerevan.Today saytını, portalın baş redaktoru Sevak Akopyanı və “Ayeli” (“Güzgü”) mətbuat klubunu məhkəməyə verib.

Cagdas.az xəbər verir ki, bu barədə məhkəmə-hüquq məlumatlarının dərc olunduğu Datalex saytında məlumat yerləşdirilib.

Paşinyan Yerevan.Today saytının sahibi olan “Media Plus” MMC-dən və nəşrin baş redaktoru Sevak Akopyandan “yüksək səviyyəli talançılıq” və “yüksək ranqlı korrupsiya” ilə bağlı yayılan iddiaları təkzib etməyi tələb edir.

Ermənistanın baş naziri həmin iddiaları yayan “Ayeli” (“Güzgü”) mətbuat klubundan da təkzib verməsini istəyir.

Bununla yanaşı, iddia ərizəsində cavabdehlərdən dəymiş mənəvi zərərə görə 4 milyon dram (təxminən 11 min dollar) məbləğində pul kompensasiyasının tutulması tələbi də yer alıb.\modern.az\